"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 950
Respublika Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Tədbirlər 27 MAY, 2021

Mayın 27-də Qaradağ rayonunun Ümid qəsəbəsində məcburi köçkünlərin təşəbbüsü, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Respublika Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

 

Ümid qəsəbəsində məcburi köçkünlər üçün salınmış müasir tipli yaşayış kompleksi Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət probleminin həllinə göstərdiyi diqqət və qayğının bariz təzahürüdür. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına Birinci vitse-prezident Mehriban Əliyeva da daim dəstək göstərib, onların müraciətlərinə həssaslıqla yanaşıb. Bu gün məcburi köçkünlərin mütləq əksəriyyəti doğma yurda qayıtmağa hazırlaşır.    

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu işğal altında olan ərazilərimizi azad edib. Bu ərazilərdə bərpa-quruculuq işlərinə başlanıb. Təhlükəsizlik tədbirləri görülür, rabitə-kommunikasiya xətləri qurulur, yollar çəkilir.

 

Ata-baba ocağına qayıdış ərəfəsində məcburi köçkünlər uzun illər müvəqqəti məskunlaşdıqları ərazilərdə yerli sakinlərə minnətdarlıq əlaməti olaraq, abadlıq və yaşıllaşdırma işlərinə töhfə vermək istəyirlər. Ağacəkmə aksiyası da məhz belə xoş niyyətlə keçirilib.

 

Aksiyada iştirakçıları onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə təşəkkür bildiriblər. İşğaldan azad edilmiş ərazilərdə onlar üçün bundan da yaxşı şərait yaradılacağına əminliklərini ifadə ediblər.

 

Qəsəbənin ərazisində 103 ağac əkilib.

 

Tədbirdə Dövlət Komitəsinin əməkdaşları və məcburi köçkün icmasının nümayəndələri iştirak ediblər.

26 April, 2024 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
26 April, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
23 April, 2024 / Tədbirlər
19 April, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 April, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 April, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 April, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 March, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 March, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 March, 2024 / Tədbirlər The next held draw for families preparing to return to Fuzuli
19 January, 2024 / Tədbirlər State Committee held a blood donation campaign
29 December, 2023 / Tədbirlər Interactive training on mine danger held
28 December, 2023 / Tədbirlər A Japanese opera singer performed a concert for IDPs
25 December, 2023 / Tədbirlər An event entitled “The Great Return: The Genius of Heydar Aliyev” organized in the city of Lachin
20 December, 2023 / Tədbirlər Interactive training on mine danger held
13 December, 2023 / Tədbirlər An infotour of photographers to the liberated territories organized
12 December, 2023 / Tədbirlər A flash mob dedicated to the Commemoration Day of National Leader Heydar Aliyev held
11 December, 2023 / Tədbirlər The campaign “Great Return Wishes” held
05 December, 2023 / Tədbirlər Experts from 30 countries convene in Zangilan
30 November, 2023 / Tədbirlər Issues related to community development were covered throughout the training