"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
XƏBƏRLƏR
Çap et 427
Məcburi köçkün ailələrə bayram sovqatı paylanılıb
Tədbirlər 18 March, 2020

Ölkə əhalisinin həssas təbəqəsi olan məcburi köçkünlər Novruz bayramını böyük ümidlə gözləyir, tezliklə doğma yurda qayıtmaq arzusu və  inamı ilə bayram tonqalı ətrafına toplaşırlar. Sosial müdafiəyə xüsusi ehtiyacı olan məcburi köçkün ailələrinin bayramı el adətlərinə uyğun keçirməsinə dəstək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,  "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İslehsalat Birliyi tərəfindən birgə humanitar yardım aksiyası təşkil edilib. 

 

Məcburi köçkünlərin  diqqətinə  çatdırılıb ki, Prezident İlham Əliyev onların sosial problemlərinin həllini dövlət siyasətinin prioritetlərindən biri elan edib və bununla əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva onlara xüsusi qayğı göstərilməsini, təhsil, sağlamlıq məsələlərini daim diqqətdə saxlayır.

 

Bildirilib ki, hazırda koronavirus xəstəliyinin qlobal pandemiyaya çevrilməsi ilə bağlı yaranmış fövqəladə şəraitdə respublikamızda əhalinin, o cümlədən məcburi köçkünlərin bu təhlükəli virusdan qorunması üçün kompleks tədbirlər həyata keçirilir. Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi sosial izolyasiya tədbirlərinin icrası zəruridir, bu sahədə görülən işlərə hər bir vətəndaşın, bütün cəmiyyətin  dəstəyi vacib şərtdir.

 

Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,  "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İslehsalat Birliyinin nümayəndələri Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” və “Ümid” yaşayış komplekslərində yaşayan 2500-dən çox məcburi köçkün ailəsinə ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıb. Bildirilib ki, hər üç təşkilat daim onların yanında olacaq, belə görüşlər davamlı xarakter daşıyacaq.

 

Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib, dövlətimizin gücü və qüdrəti sayəsində torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyinə, doğma Qarabağın hər yerində Novruz tonqallarının qalanacağına əminliklərini ifadə ediblər.

11 March, 2020 / Tədbirlər Dövlət Komitəsinin nümayəndəsi Brüsseldə keçirilən tədbirdə iştirak edib
07 March, 2020 / Tədbirlər Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib
04 March, 2020 / Tədbirlər The best of the tournament and winners of the contest were awarded
26 February, 2020 / Tədbirlər The light memory of Khojali genocide victims at “Gobu Park”…
25 February, 2020 / Tədbirlər IDPs watched the performance “Khojali - it happened”
24 February, 2020 / Tədbirlər “Esgere salam” (Hello to soldier) futsal tournament is over
21 February, 2020 / Tədbirlər A commemorative event dedicated to the 28th anniversary of Khojali genocide was held
18 February, 2020 / Tədbirlər Finalists of the futsal tournament “Esgere salam” (Hello to soldier) were announced
17 February, 2020 / Tədbirlər The 28th anniversary of Garadaghli tragedy was marked
17 February, 2020 / Tədbirlər Free legal assistance was provided to IDPs in Kurdakhani
11 February, 2020 / Tədbirlər Legal assistance services will be provided to IDPs in Kurdakhani settlement
10 February, 2020 / Tədbirlər Futsal tournament “Esgere salam” (Hello to soldier) continues
01 February, 2020 / Tədbirlər Futsal tournament “Esgere salam” (Hello to soldier) started among internally displaced youth
31 January, 2020 / Tədbirlər The State Committee held a meeting and flashmob with young soldiers on the occasion of the Youth Day
28 January, 2020 / Tədbirlər The next board meeting was held at the State Committee
21 January, 2020 / Tədbirlər A group of young people successfully completed their volunteering activities
21 January, 2020 / Tədbirlər “Esgere salam” (Greeting the soldier) action continues
17 January, 2020 / Tədbirlər The State Committee held an event dedicated to the 30th anniversary of the 20th January tragedy
17 January, 2020 / Tədbirlər The State Committee held a blood donation action
16 January, 2020 / Tədbirlər IDPs from Lachin were started to be relocated in two out of three new settlements in Takhtakorpu