"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2541
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Tədbirlər 21 Fevral, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fevralın 21-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib.

 

Əvvəlcə Dövlət Komitəsinin və Xocalı Rayon İcra Hakimiyyətinin rəhbərləri, Goranboy rayonunda müvəqqəti məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər Xocalı abidəsini ziyarət ediblər.

 

Sonra qəsəbədəki Mədəniyyət Evində anım tədbiri keçirilib.

 

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi  olduğunu diqqətə çatdırıb.

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritdiyi, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görülməmiş qəddarlıqla divan tutduğu həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimizin, o cümlədən 106 qadının, 63 uşaq və 70 qocanın həlak olduğu, 487 dinc sakinin ağır yaralandığı,  1275 nəfərin girov götürülərək işgəncələrə məruz qaldığı xatırladılıb.

 

Həmçinin o zamankı iqtidarın öz konstitutsion vəzifələrinin icrasına cinayətkar laqeydliyinin, ardı-arası kəsilməyən siyasi çəkişmələrin, respublikada yaranmış anarxiya və başıpozuqluğun bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratdığı qeyd edilib.

 

Bildirilib ki, Xocalı soyqırımına siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-sının “Xocalı soyqırımı günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib.

 

Bu gün Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Xocalı soyqırımına beynəlxalq  hüquq normaları çərçivəsində qiymət verildiyi, dünyanın bir sıra ölkələrinin, beynəlxalq təşkilatların, habelə ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanının Ermənistanı işğalçı dövlət kimi tanıdığı vurğulanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət” kampaniyasının bütün dünyanı əhatə etdiyi qeyd edilib.

 

Bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsi zamanı Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdiyi, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığı xatırladılıb.

 

Belə bir inam ifadə edildi ki, dünyada nüfuzu durmadan artan Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək gücündədir və bunu mütləq edəcəkdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinin işğaldan azad olunan torpaqlarımızda yad edləcəyi gün uzaqda deyildir.

 

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək, soyqırımı qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu, rayon sakinlərinin dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. 

 

Daha sonra çıxış üçün söz Xocalıda hər iki valideynini itirmiş şəxslərə və faciə zamanı həyatını itirmiş şəhidlərin ailə üzvlərinə verilib. Onlar da bu faciə ilə heç bir zaman barışmayacaqlarını, bu soyqırımın bütün dünyaya çatdırılması istiqamətində işlər aparacaqlarını diqqətə çatdırıblar.

 

Tədbirin sonunda “Qırmızı nitq” filmi nümayiş edilib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən məktəbin ibtidai siniflərində təhsil alan şagirdlərə 110 gödəkçə, aztəminatlı ailələrdən olan məcburi köçkünlərə 80 kostyum, 60 palto və 110 yataq dəsti paylanılıb.

 

Bunda sonra isə Xocalı soyqırımı zamanı həlak olanlar üçün ehsan süfrəsi təşkil olunub.  

23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi