"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3536
Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
Tədbirlər 06 Aprel, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə komitənin işğaldan azad edilmiş ərazilərə səfər edən məsul əməkdaşlarına ilkin tibbi yardım üzrə maarifləndirici təlim keçirilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimləri tərəfindən keçirilən iki günlük təlim hər hansı bədbəxt hadisə baş verərkən zərərçəkənlərə ilk yardım göstərilməsinə həsr olunub. İştirakçılara qəfil ürəkdayanma, bayılma, zədələnmə halları, qanaxmalar zamanı həkim gələnədək, dərman və digər köməkçi vasitələr olmadan, ilk yardım göstərmək və ürək-ağciyər reanimasiyası qaydaları izah edilib və əyani şəkildə tətbiq olunub. 

Bildirilib ki, ölkə və dünya praktikasında düzgün ilkin tibbi yardım göstərilməsi nəticəsində minlərlə insanın həyatının xilas edilməsi faktı dəfələrlə qeydə alınıb.

Təlim iştirakçılarına Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində çap edilmiş “Məcburi köçkünlər üçün mina təhlükəsizliyi” maarifləndirici broşürləri paylanıb, mövzu ilə bağlı müvafiq məlumatlar verilib.

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə maarifləndirici tədbirlər mütəmadi şəkildə həyata keçirilir. Bu ilin əvvəlində də Dövlət Komitəsinin təşkilatçılığı ilə Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazidə məktəblilər üçün mina təhlükəsinə dair maarifləndirici təlimlər keçirilib.

 

 

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib