"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2773
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
Tədbirlər 17 Aprel, 2024

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) Birləşmiş Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki yığıncağı keçirilib. İlk olaraq, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda gedən döyüşlərdə canını qurban verən qəhrəman şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. 
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov yığıncağı giriş sözü ilə açaraq bildirib ki, həmkarlar təşkilatı əməkdaşların əmək və sosial hüquqlarının qorunmasında, istirahətinin və asudə vaxtının təşkilində, eləcə də öz səlahiyyətləri çərçivəsində digər tədbirlərin həyata keçirilməsində son vaxtlar müsbət dönüşə nail olub.
Yığıncaqda QMKİDK Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Mustafaqulu Əliyevin hesabat məruzəsi dinlənilib. Sonra təşkilatın Təftiş Komissiyası öz hesabatını təqdim edib. Hər iki məruzə ilə bağlı müzakirə aparılıb, həmkarlar təşkilatının fəaliyyətinə qiymət verilib, rəy və təkliflər səsləndirilib.
Sonra Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin tərkibinin seçilməsi məsələsinə baxılıb, namizədliklər irəli sürülüb və açıq səsvermə keçirilib. Səsvermə nəticəsində yeni tərkib seçilib. Yığıncaq iştirakçıları QMKİDK Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə yenidən Mustafaqulu Əliyevin sədr seçilməsini dəstəkləyiblər. Həmçinin daimi komissiyaların tərkibi müəyyənləşdirilib və sədrləri seçilib, Təftiş Komissiyasının yeni tərkibi təsdiqlənib.
Yığıncaqda Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi Rəhilə Babayeva da iştirak və çıxış edib.

 

 

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib