Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşlar, qaçqın və məcburi köçkünlər tərəfindən daxil olan çoxsaylı müraciətlərin qəbul edilməsi, operativ qaydada araşdırılması və qanunauyğun şəkildə cavablandırılması məqsədilə 28 mart 2019-cu ildə “Qaynar xətt” xidməti yaradılıb.
“Qaynar xətt” xidmətinin telefon nömrələri:
"1657" və (012) 525 41 03
İş vaxtı: I-V günlər, saat: 9:00-dan 18:00-dək
Elektron ünvan: info@refugee.gov.az
Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xətt yaradılıb.
Vətəndaşlar həm işğaldan azad edilmiş ərazilərə qayıdışla, həm də Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat və müraciətlər üçün bütün telefon rabitəsi operatorları vasitəsilə "1657" nömrəsini yığmalıdırlar.
Zənglərə avtomatlaşdırılmış qaydada cavab veriləcək:
İşğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı məlumat və müraciətlər üçün 1 düyməsini
Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat və müraciətlər üçün 2 düyməsini basmaq tövsiyə olunur.
Hər iki halda xidmətin səviyyəsinin ölçülməsi məqsədilə danışıqların qeydə alındığı bildiriləcəkdir.
1 düyməsi basıldıqdan sonra vətəndaş birbaşa qaynar xəttin operatoru ilə əlaqələndiriləcəkdir.
2 düyməsi basıldıqdan sonra isə vətəndaş, daxili nömrəni bilirsə, onu yığacaq, bilmirsə,
1 - ərizələrlə bağlı;
2 - rəhbər şəxslərin qəbulu ilə bağlı;
3 - vahid aylıq müavinətlə bağlı;
4 - qeydiyyatla bağlı;
5 - məcburi köçkün vəsiqəsi ilə bağlı;
6 - qəsəbələrdə mənzillərin istismarı ilə bağlı
7 - mənzillərlə bağlı;
0 - operatorla danışmaq üçün