"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 5413
Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
Tədbirlər 28 Dekabr, 2023

Opera və klassik musiqi ifaçılığı sahəsində dünyanın tanınmış müğənnilərindən olan yaponiyalı Masaşi Tomosuqi paytaxtın Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində maraqlı konsert proqramı ilə çıxış edib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Yaponiyanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi konsertin məqsədi ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına töhfə vermək, həmçinin gənc nəslin opera və klassik musiqi ilə yaxından tanışlığına imkan yaratmaq, onlarda müasir bədii-estetik zövqün formalaşmasına müsbət təsir göstərmək olub.

 

Dünyanın böyük səhnələrində çıxış edən və opera sənətinin mərkəzi sayılan İtaliyada yaşayıb işləyən Masaşi Tomosuqi “Qobu Park”dakı Zəngilan rayon 20 saylı tam orta məktəbin akt zalında da öz ifalarını eyni ustalıq və  coşğunluqla təqdim edib. O, məşhur operalardan partiyalar və klassik musiqi parçaları ilə yanaşı, unudulmaz Azərbaycan bəstəkarı və müğənnisi  Müslüm Maqomayevin repertuarından “O more, more” (“Ah dəniz, dəniz”) mahnısını da şövqlə oxuyub.

 

Müğənnini fortepianoda həmyerlisi xanım Misato Sasaki müşaiyət edib.

 

Konsertin xüsusi qonaqlarının – Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yaşayış kompleksində fəaliyyət göstərən Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi, gənc xanəndə Habil Məmmədovun və onun şagirdlərinin yaponiyalı müğənni ilə birgə ifa etdikləri, musiqisi Üzeyir Hacıbəyova, sözləri Məhəmməd Füzuliyə məxsus “Sevgili canan” romansı tamaşaçılar tərəfindən süərkli alqışlarla qarşılanıb.

 

Azərbaycana ikinci dəfədir gələn Masaşi Tomosuqi məcburi köçkün məktəblilərin və onların valideynlərinin qarşısında çıxış etməkdən məmnun qaldığını, mədəniyyətlərarası mübadiləni artırmaq üçün bundan sonra da əməkdaşlığı davam etdirmək fikrində olduğunu bildirib.

 

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, “Qobu Park” yaşayış kompleksində müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

 

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib