"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 883
Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
Tədbirlər 05 Dekabr, 2023

Dekabrın 5-də 30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə Zəngilanda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində panel müzakirə keçirilib.

 

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən panel müzakirədə dünyanın müxtəlif ölkələrindəki nüfuzlu beyin mərkəzlərinin və akademik qurumların nümayəndələri iştirak ediblər.

 

İşğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndələrin çıxışları ilə keçirilən ilk panel müzakirədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov salamlama nitqi ilə çıxış edib.

 

Sonra panel ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə işə başlayıb.

 

“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində panel müzakirələrdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış ediblər.

 

Tədbirdə, həmçinin Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov panel müzakirənin çıxışçısı qismində iştirak ediblər.

 

Müzakirələrdə xarici ekspertlərə Qarabağda aparılan bərpa və quruculuq işləri, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesində Azərbaycan modeli barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Panelin ikinci hissəsi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyevin moderatorluğu ilə baş tutub.

 

ADA Universitetinin professoru Gülməmməd Məmmədov, Bosniya və Herseqovina Prezidenti kabinetinin üzvü İsmet Kadiç, Efiopiyanın Xarici məsələlər İnstitutunun əməkdaşı Daraskedar Tayen, Gürcüstanın “Rondeli” Fondunun üzvü Şota Utiaşvili, İngiltərənin Cənubi Uels Universitetinin professoru Ali Varda və ABŞ-ın Ceymstaun Fondunun tədqiqatçısı Marqarita Asenova sözügedən paneldə çıxış ediblər.

 

Çıxışlarda repatriasiya prosesindəki dünya təcrübəsindən, işğaldan azad edilmiş ərazilərdəki icma quruculuğu və inteqrasiya prosesindən danışılıb.

 

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.

 

Sonra iştirakçılar Zəngilanın Ağalı kəndinə səfər edərək buradakı “Ağıllı kənd” konsepti ilə yaxından tanış olublar. Qonaqlara “Ağıllı kənd” pilot layihəsinin icrası barədə məlumat verilib. Bildirilib ki, böyük həcmdə maliyyə tələb edən bu layihə Qarabağdakı quruculuq prosesini və Azərbaycan iqtisadiyyatının inkişafını özündə əks etdirir.

29 Noyabr, 2024 / Tədbirlər Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması məqsədi ilə tədbir keçirilib
18 Noyabr, 2024 / Tədbirlər “Sülh və Firəvanlıq üçün Ekoloji Körpü” adlı forum keçirilib
08 Oktyabr, 2024 / Tədbirlər Bu il ərzində 24 mindən çox məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
02 Oktyabr, 2024 / Tədbirlər Vahid aylıq müavinətə dair maarifləndirmə tədbirləri davam etdirilir
26 Sentyabr, 2024 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
18 Sentyabr, 2024 / Tədbirlər Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb
28 Avqust, 2024 / Tədbirlər Keçmiş məcburi köçkünlər üçün mina təhlükəsinə dair təlimlər keçirilib
09 Avqust, 2024 / Tədbirlər Təlimlərə cəlb olunmuş məcburi köçkün ailəsi mina təhlükəsini necə aradan qaldırdı?
01 Avqust, 2024 / Tədbirlər Dövlət Komitəsi Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birgə dəyirmi masa təşkil edib
01 Avqust, 2024 / Tədbirlər Füzuliyə yenicə köç edən sakinlərə ilk dəfə mina təhlükəsi ilə bağlı təlim keçirilib
24 İyul, 2024 / Tədbirlər Laçında yaşıl enerji zonasına dəstək tədbiri keçirilib
10 İyul, 2024 / Tədbirlər Məcburi köçkünlərin reinteqrasiyaya hazırlanması birgə əməkdaşlığın prioritet istiqaməti ola bilər
28 İyun, 2024 / Tədbirlər Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimat mərasimi keçirilib
26 İyun, 2024 / Tədbirlər Silahlı Qüvvələr Gününə həsr olunmuş fləşmob
15 İyun, 2024 / Tədbirlər Milli Qurtuluş Günü ilə bağlı fləşmob
05 İyun, 2024 / Tədbirlər Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş fotosərgi təşkil edib
23 May, 2024 / Tədbirlər Dövlət Komitəsində “Şuşa qalası” broşürlar seriyasının təqdimatı keçirilib
21 May, 2024 / Tədbirlər 5000-dən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
17 May, 2024 / Tədbirlər “Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb
09 May, 2024 / Tədbirlər “Bura mənim evimdir” filmi İzmirdə nümayiş olunub