"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3294
Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
Tədbirlər 27 Noyabr, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiq edilib. Proqramda əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində həyata keçiriləcək tədbirlər planı əks olunub. Tədbirlər planının əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili bəndinə uyğun olaraq məcburi köçkün gənclərin yeni yaşayış yerlərində həyatlarını daha yaxşı qurması, reinteqrasiyaya həvəsləndirmək və stimullaşdırmaq üçün işlərin icrası nəzərdə tutulur.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə "Başarı seminarı” təşkil edilib. Seminarda Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və məcburi köçkün gənclər iştirak ediblər.

 

Seminarın "Həyatın limiti sənsən" adlı birinci hissəsi fərdi inkişaf mütəxəssisi kimi tanınan Xanım Həsənovanın çıxışı ilə başlayıb. Təqdimatda insanların daxili və xarici təsirlər səbəbindən, alışqanlığa çevrilmiş çarəsizliklərdən gələcək həyatlarında yaranan fəsadlardan danışılıb. Kiçik addımların daha uzun yol qət etməyin başlıca sirri olduğunu vurğulayan Xanım Həsənova şəxsi inkişafla bağlı praktik nümunələr təqdim edib.

 

Seminar türkiyəli yazar Mümin Sekmanın çıxışı ilə davam edib. "Uğur qadın-kişi tanımır" deyən yazar gənc kadrların daim öz üzərlərində işləməli olduqlarını, inkişafa gedən yolun daim çalışmaq və hədəflərini böyük tutmaqdan başladığını vurğulayıb. "Məlumat bacarığa, bacarıq yaşam tərzinə və bu proses alışqanlığa çevrildiyi zaman uğur qalıcı olur," - deyən mütəxəssis 25 illik şəxsi təcrübəsini də iştirakçılarla bölüşüb.

 

Tədbirin sonunda məşhur yazarın imza mərasimi keçirilib və hər bir kitabsevərlə xatirə fotosu çəkilib. 

 

Qeyd edək ki, özünüinkişaf mütəxəssisi olan Mümin Sekman "Her şey seninle başlar" bestsellerinin müəllifidir. Kitab 1 milyon 300 min satışla Türkiyədə rekord qırıb. Yazarın 25 illik fəaliyyəti dövründə 24 kitabı çap olunub. Bununla yanaşı, təlimçinin seminarlarında bugünədək 100 mindən çox insan iştirak edib.

 

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib