"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 5262
Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
Tədbirlər 25 Dekabr, 2023

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Abadlıq xidmətinin birgə  təşkilatçılığı ilə Laçın şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş növbəti - "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib.

 

Tədbir iştirakçıları əvvəlcə “Laçın” kinoteatrının foyesində Ulu Öndərin məcburi köçkünlərlə görüşlərindən, həmçinin onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülmüş işlərdən bəhs edən fotosərgiyə baxıblar.  

 

Rəsmi hissə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Dövlət Himni səsləndirilib.

 

Müstəqil respublikamıza rəhbərlik etdiyi dövrdə Qarabağ və Şərqi Zəngəzur torpaqlarının işğaldan azad edilməsi üçün fədakarlıqla çalışan Ulu Öndər Heydər Əliyevin bununla bağlı arzularının artıq gerçəkləşdiyini qeyd edən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Laçında genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb. Milli Məclisin deputatı Mahir Abbaszadə Ümummilli liderin müstəqil dövlətçilik xəttinin, o cümlədən qaçqınlar və məcburi köçkünlərlə bağlı siyasətinin nəinki ölkəmiz üçün önəmli, eyni zamanda, bütün dünya üçün örnək olduğunu diqqətə çatdırıb. Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov doğma yurdundan didərgin düşən həmvətənlərimizlə iş sahəsində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş siyasətin uğurlu nəticələrindən danışıb, Dövlət Proqramının icrası çərçivəsində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun artırılması istiqamətində məqsədyönlü, təsirli tədbirlər həyata keçirdiyini bildirib. “Bakı Abadlıq Xidməti”nin direktor müavini Nəsimi Əsədov Ulu Öndərin xalqımıza bəxş etdiyi nailiyyətlər barədə fikir bildirib, Prezident İlham Əliyevin tapşırığı ilə Laçın şəhərində aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib. 

 

Tədbir iştirakçılarına “Böyük Qayıdış: Heydər Əliyev dühası" filmi təqdim olunub. Filmdə Ulu Öndər Heydər Əliyevin məcburi köçkünlərlə keçirdiyi görüşlər, onların yaşayış şəraitinin və maddi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər öz əksini tapıb. Film böyük maraqla qarşılanıb.

 

Daha sonra işğaldan azad edilmiş Laçın rayonu, Laçın şəhərinə köçürülən məcburi köçkünlər Elbrus Təhməzov, Sevinc Cabbarova və Qəzənfər Hüseynov Ulu Öndərin “Əminik ki, bütün torpaqlarımız azad ediləcək, o cümlədən Şuşa da, Laçın da azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar” sözlərinin cənab Prezident İlham Əliyevin uğurlu dövlət siyasəti nəticəsində reallaşdığını və məcburi köçkünlər dədə-baba yurdlarına qayıtmaqda davam etdiyini böyük məmnunluqla qeyd ediblər. Onlar doğma torpaqlarında sevincli günlər yaşadıqlarını, onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.

 

Tədbirin sonunda Heydər Əliyevin 100 illiyinə həsr olunan flaşmobunun təqdimatı keçirilib, Dövlət Proqramının icrası çərçivəsində təbliğat işlərindən bəhs edən videoçarxlar nümayiş etdirilib.

 

Daha sonra Laçın şəhərinə qayıtmış 30 ailəyə daimi yaşayış üçün verilən evlərin açarları təqdim edilib.

 

Tədbirin bədii hissəsində iştrakçılara muğam ifaçıları Ehtiram Hüseynov, Səbinə Ərəbil, Kamilə Nəbiyeva və Səbuhi İbayev ifalarından ibarət konsert proqramı təqdim olunub.

 

Qeyd edək ki, tədbirdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavini Fuad Hüseynov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Milli Məclisin deputatı Mahir Abbaszadə, Bakı Abadlıq xidmətinin direktor müavini Nəsimi Əsədov, Laçın Abadlıq xidmətinin əməkdaşları, Dövlət Komitəsinin və komitə yanında İctimai Şuranın üzvləri, o cümlədən Laçın şəhər sakinləri iştirak ediblər.

 

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib