"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
ELEKTRON XİDMƏT
Çap et

Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə əldə edilməsi mümkün olan sənədlərin siyahısı

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə vətəndaşların qanunla ərizəyə əlavə etməli olduğu aşağıdakı sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə əldə edilməsi mümkündür:

 

  1. Şəxsiyyət vəsiqələri haqqında məlumat
  2. Ailə tərkibi haqqında məlumat
  3. Nikah məlumatları
  4. Sərhədkeçmə haqqında məlumat
  5. Hərbi xidmətkeçmə haqqında
  6. Doğum haqqında şəhadətnamə
  7. Ölüm haqqında məlumat
  8. Azərsu ASC-nin məlumat servisi

Eyni zamanda, Dövlət Komitəsi tərəfindən rəqəmsal hökumət platformasına bir çox məlumatlar təqdim edilir. Belə ki, məcburi köçkünlər https://my.gov.az/ portalı vasitəsi ilə,

 

  • Məcburi köçkünlərin vahid aylıq müavinətləri haqqında
  • Məcburi köçkünlərin vahid məlumat bazasında qeydiyyatı haqqında
  • Məcburi köçkünlərin status sənədi haqqında
  • Məcburi köçkünlərin kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər haqqında
  • Məcburi köçkünlərin yaşayış yeri haqqında məlumatları əldə edə bilərlər.

 

 

“Məcburi köçkün statusuna dair arayışın verilməsi” üzrə xidmət

 

Xidmətə “Məcburi köçkün statusuna dair arayışın verilməsi” sözünə klik etməklə daxil ola bilərsiniz. 

 

Video 1:  my.gov.az portalına giriş qaydaları

 

 

 Video 2: “Məcburi köçkün statusuna dair arayışın verilməsi” üzrə xidmət haqqında təlimat videosu