"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et Arxiv 204
Məcburi köçkün məktəblilər İKT üzrə biliklərə yiyələniblər
Tədbirlər 14 Sentyabr, 2018

Sentyabrın 14-də Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkün uşaqlar üçün İKT üzrə intensiv tədris düşərgəsinin bağlanışı və kodlaşdırma müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və komitə əməkdaşları tədbirdə iştirak ediblər. Fuad Hüseynov bildirib ki, Ermənistanın təcavüzü və işğal siyasəti nəticəsində bir milyondan çox həmvətənimiz öz doğma yurd-yuvasını tərk etmək və köçkün həyatının ağır məhrumiyyətlərini yaşamaq məcburiyyətində qalıb. Yalnız ulu öndər Heydər Əliyevin xalqın istək və tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra məcburi köçkün soydaşlarımız dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial problemlərinin həllini dövlətimiz daim diqqət mərkəzində saxlayıb. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifahının yüksəldilməsi Prezident İlham Əliyevin də sosial siyasətinin prioritet istiqamətlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərlə bağlı layihələrin icrasını nəzarətdə saxlayır. Köçkünlüyün ilk illərində bu kateqoriyadan olan vətəndaşlar maddi çətinliklərlə üzləşib. O zaman beynəlxalq təşkilatlar tərəfindən humanitar yardımlar göstərilib. Belə yardımlar bu gün də davam etdirilir, məcburi köçkünlər yaşayan ərazilərdə bir sıra layihələrin icrası dəstəklənir. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov ölkəmizdə təhsilin inkişafına yüksək dövlət qayğısı göstərildiyini, Prezident İlham Əliyevin məktəblilərin İKT üzrə müasir biliklərə yiyələnməsinin zəruriliyi məsələsinə böyük diqqət yetirdiyini vurğulayıb, maarifçi gənclərin təşəbbüsünü yüksək dəyərləndirib və onlara təşəkkürünü bildirib. Qeyd edib ki, “Code for future” təşəbbüsünün ilk layihəsi olan məcburi köçkün uşaqlar üçün İKT üzrə intensiv tədris düşərgəsinin yaradılması təqdirəlayiq hadisədir. Texnologiyanın inkişaf etdiyi bir dövrdə bir qrup cəbrayıllı məktəblinin İKT və proqlaşdırma üzrə yiyələndiyi biliklər onların gələcək təhsili və iş fəaliyyəti üçün çox faydalı olacaq. Tədbirdə “Code for future” təşəbbüsünün həmtəsisçisi Xalisə Şahverdiyeva və ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Mişel Petersen çıxış ediblər. Daha sonra qaliblərin mükafatlandırılması mərasimi olub. Qeyd edək ki, Azərbaycanın bir qrup maarifçi gəncinin səyləri nəticəsində ərsəyə gələn “Code for future” təşəbbüsünün ilk layihəsi olan məcburi köçkün uşaqlar üçün İKT üzrə intensiv tədris düşərgəsinə bu ilin iyul ayında start verilib. Biləsuvar rayonunda 11 qəsəbədə VII-IX sinif şagirdlərinin iştirak etdiyi layihədə məktəblilər proqramlaşdırmanın əsaslarını öyrənib, Scratch, HTML və Paython kimi proqramlaşdırma dilləri ilə tanış olublar. “Code for future” proqramı ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədi ilə dəstəklənir.

13 İyul, 2019 / Tədbirlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibəti ilə konsert keçirilib
02 İyul, 2019 / Tədbirlər Cenevrədə “Azərbaycanda məcburi köçkünlərin insan hüquqları – tərəqqi və təhdidlər” adlı tədbir keçirilib
24 İyun, 2019 / Tədbirlər Gənclər üçün növbəti festival keçirilib
24 İyun, 2019 / Tədbirlər Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib
19 İyun, 2019 / Tədbirlər “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
14 İyun, 2019 / Tədbirlər Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
31 May, 2019 / Tədbirlər Məcburi köçkün şagirdlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verilib
18 May, 2019 / Tədbirlər Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
10 May, 2019 / Tədbirlər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə anım tədbiri keçirilib
08 May, 2019 / Tədbirlər Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib
07 May, 2019 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş konsert təşkil edilib
08 Aprel, 2019 / Tədbirlər Dağlıq Qarabağda məcburi köçkünlərə təlim keçiblər
05 Aprel, 2019 / Tədbirlər Qaradağda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
02 Aprel, 2019 / Tədbirlər Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü qeyd edilib
01 Aprel, 2019 / Tədbirlər Dağlıq Qarabağda və Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağacəkmə aksiyası keçirildi
19 Mart, 2019 / Tədbirlər Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
18 Mart, 2019 / Tədbirlər Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
14 Mart, 2019 / Tədbirlər Bərdədə məcburi köçkünlər qanbağışlama aksiyasında iştirak ediblər
11 Mart, 2019 / Tədbirlər Füzulidə məktəblilərə gödəkçə və ayaqqabı paylanılıb
07 Mart, 2019 / Tədbirlər Tərtərdə məcburi köçkünlər üçün tibbi aksiya keçirilib