"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 361
Məcburi köçkün qəsəbələrində Beynəlxalq Qız Övladları Günü qeyd edilib
Tədbirlər 13 Oktyabr, 2022

Oktyabrın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) təşəbbüsü və təşkilatçılığı ilə Bərdə rayonunda və Mingəçevir şəhərində Beynəlxalq Qız Övladları Gününə həsr olunmuş “Bir qızın təhsildir zinəti” devizi altında tədbirlər keçirilib.

 

Dövlət Komitəsinin sədrinin müşaviri Nəsimi Nərimanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan vətəndaşların təhsil məsələlərinə xüsusi diqqət və qayğı ilə yanaşılır, onlar dövlət vəsaiti hesabına ali təhsil ala bilirlər. Məcburi köçkünlər üçün salınmış hər bir qəsəbədə və yaşayış kompleksində müasir tələblərə cavab təhsil müəssisələri, məktəb və bağçalar tikilib istifadəyə verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərin təhsil, səhiyyə məsələlərinin və digər sosial problemlərinin həllinə xüsusi diqqət göstərir.  

 

Tədbirlərdə erkən nigahlar, qızların təhsildən yayındırılması, gender bərabərliyi, icmaların inkişafında qadınların rolu və s. məsələlər barədə fikir mübadiləsi, müzakirələr aparılıb. Sonda iştirakçılara tədbirlərdə göstərdikləri fəallığa görə təşəkkürnamə təqdim olunub.

 

Tədbirlər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH), Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə “Cənubi Qafqazda məcburi köçkünlərin və aztəminatlı yerli əhalinin sosial və iqtisadı inkişafı” layihəsi çərçivəsində  həyata keçirilib. Layihədə Azərbaycan üzrə nəzərdə tutulan tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi  ilə əməkdaşlıq çərçivəsində icra edilir.

 

Xatırladaq ki, Beynəlxalq Qız Övladları Günü BMT Baş Assambleyasının qərarı ilə 2012-ci ildən qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına yönəltməkdir.

17 Mart, 2023 / Tədbirlər Məcburi köçkünlərin sosial sahibkarlıq brendləri təqdim olunub
16 Mart, 2023 / Tədbirlər Talış kəndinə 20 ailə köçürülüb
03 Mart, 2023 / Tədbirlər Ağalıda məskunlaşmış sakinlərin sayı 420-yə çatıb
28 Fevral, 2023 / Tədbirlər Daha 10 ailə doğma yurda köçürüldü
27 Fevral, 2023 / Tədbirlər Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı keçirilib
16 Fevral, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
03 Fevral, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Yanvar, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
25 Yanvar, 2023 / Tədbirlər Dayanıqlı və davamlı icma quruculuğu konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib
18 Yanvar, 2023 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
28 Dekabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
16 Dekabr, 2022 / Tədbirlər “Mina təhlükəsi” mövzusunda maarifləndirici təlim keçirilib
08 Dekabr, 2022 / Tədbirlər Gender zorakılığına qarşı mübarizəyə həsr olunmuş tədbirlər keçirilib
02 Dekabr, 2022 / Tədbirlər Komitə əməkdaşları üçün maarifləndirici təlim keçirilib
18 Noyabr, 2022 / Tədbirlər Koreya səfirliyi qaçqınlara və məcburi köçkünlərə dəstək tədbirləri həyata keçirir
07 Noyabr, 2022 / Tədbirlər “Zəfər arzuları” adlı sosial aksiya təşkil edilib
05 Noyabr, 2022 / Tədbirlər YAP-ın təsis edilməsinin 30 illiyi qeyd olunub
25 Oktyabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
21 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
14 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsi yanında İctimai Şuranın iclası keçirilib