"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 655
“Qobu park 3” yaşayış kompleksinə köçürülmə başlanılır
Tədbirlər 02 İyun, 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il mayın 28-də Bakının Qaradağ rayonunda açılış mərasimi olan “Qobu Park-3” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılır. Kompleksə, əsasən, paytaxtın Yasamal rayonu ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcəkdir.

 

Koronavirus infeksiyasının qlobal pandemiya kimi bütün dünyanı sarsıtdığı, hər yerdə iqtisadi böhrana səbəb olduğu bir vaxtda ölkəmizdə sosial layihələrin icrasının uğurla davam etdirilməsi Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin təcəssümüdür. Dövlətimizin başçısı məcburi köçkünlərin sosial problemlərinin həllini də daim diqqətdə saxlayır, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirir. Son illərdə məcburi köçkünlər üçün yeni yaşayış sahələrinin inşası daha da genişləndirilib. Bu il yeddi mindən çox məcburi köçkün ailəsinin yeni mənzilə köçürülməsi nəzərdə tutulur.

 

Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin yaşayış şəraiti, təhsili, sağlamlığı, məşğulluğu ilə bağlı məsələlərə xüsusi həssaslıq göstərir, bu məsələlərin oprerativ həll edilməsi üçün tapşırıqlar verir, icrasını daim nəzarətdə saxlayır.

 

Ölkəmizdə sosial layihələrin icrasına, o cümlədən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına özəl sektorun öz töhfəsini verməsi təqdirəlayiq haldır. Belə layihələrin investisiyalaşdırılması barədə Prezident İlham Əliyevin çağırışına cavab olaraq, bir sıra sahibkarlıq subyektləri öz vəsaitləri hesabına məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edirlər. “Qobu park-3” də həmin komplekslərdən biridir.

 

Kompleksdə yerləşdiriləcək məcburi köçkün ailələrinin bir qrupu üçün iyunun 2-də Yasamal Rayon Bələdiyyəsinin inzibati binasında püşkatma keçirilib. Azərbaycan Texniki Universitetinin 1 saylı yataqxanasında müvəqqəti məskunlaşmış 100-dən çox məcburi köçkün püşkatmada iştirak edib. Püşkatma Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimində tətbiq etdiyi qaydalara uyğun formada, sosial məsafənin qorunması şəraitində təşkil  edilib. Məcburi köçkünlərə binanın qarşısında qoyulumuş monitorda püşkatmanın gedişinin videogörüntüsünü izləmək imkanı yaradılıb.

 

Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən mənzillərin dəqiq ünvanını müəyyənləşdiriblər.

 

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

Özəl sektor tərəfindən inşa olunan “Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub. “Qobu Park-3” yaşayış kompleksindəki mənzillərin ümumi sayı 1336-dır. Onların 156-sı bir, 580-i iki, 384-ü üç, 216-sı dördotaqlıdır. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilib. Bu kompleksə, əsasən, Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub. Qeyd edək ki, “Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada həm də 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına veriləcək.

25 İyun, 2020 / Tədbirlər Silahlı Qüvvələr Günü münasibəti ilə “Əsgərə salam”
23 İyun, 2020 / Tədbirlər Məcburi köçkünlərlə diaspor nümayəndələrinin videogörüşü keçirilib
11 İyun, 2020 / Tədbirlər Səfirlərin ailə üzvləri köçkünlər qəsəbəsində
18 May, 2020 / Tədbirlər Qobu Park yaşayış kompleksini içməli su ilə təmin etmək üçün yeni magistral kəmər çəkilib
09 May, 2020 / Tədbirlər Dövlət Komitəsinin sədri “Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir” mövzusunda keçirilən videokonfrasda iştirak edib
30 Aprel, 2020 / Tədbirlər Məcburi köçkünlər üçün "Eyvana çıx" layihəsi çərçivəsində canlı muğam konsert proqramı təşkil edilib
15 Aprel, 2020 / Tədbirlər Dövlət Komitəsi və “Azərişıq” ASC birlikdə yardım aksiyası həyata keçiriblər
29 Mart, 2020 / Tədbirlər Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur
18 Mart, 2020 / Tədbirlər Məcburi köçkün ailələrə bayram sovqatı paylanılıb
11 Mart, 2020 / Tədbirlər Dövlət Komitəsinin nümayəndəsi Brüsseldə keçirilən tədbirdə iştirak edib
07 Mart, 2020 / Tədbirlər Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib
04 Mart, 2020 / Tədbirlər Turnirin ən yaxşıları və müsabiqənin qalibləri mükafatlandırılıblar
26 Fevral, 2020 / Tədbirlər Xocalı soyqırımı qurbanlarının “Qobu Park”da işıqlı xatirəsi…
25 Fevral, 2020 / Tədbirlər Məcburi köçkünlər “Xocalı - bu olub” tamaşasına baxıblar
24 Fevral, 2020 / Tədbirlər “Əsgərə salam” futzal turniri başa çatdı
21 Fevral, 2020 / Tədbirlər Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
18 Fevral, 2020 / Tədbirlər “Əsgərə salam” futzal turnirində finalçılar məlum olub
17 Fevral, 2020 / Tədbirlər Qaradağlı faciəsinin 28-ci ildönümü qeyd edilib
17 Fevral, 2020 / Tədbirlər Kürdəxanıda məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərilib
11 Fevral, 2020 / Tədbirlər Kürdəxanı qəsəbəsində məcburi köçkünlərə hüquqi yardım xidmətləri göstəriləcək