"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 340
“Mina təhlükəsi” mövzusunda maarifləndirici təlim keçirilib
Tədbirlər 16 Dekabr, 2022

Dekabrın 15 və 16-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə Bərdə rayonunun Həsənqaya kəndindəki 866 saylı məcburi köçkün qəsəbəsində yerləşən Ağdam rayon 1 nömrəli tam orta məktəbdə və Tərtər rayon, Şıxarx qəsəbəsi, Ağdam rayon 107 saylı köçkün ümumi orta məktəbində mina təhlükəsi mövzusunda maarifləndirici təlim keçirilib.

 

Təlimin keçirilməsində əsas məqsəd mina və partlamamış hərbi sursatlarla davranış qaydaları, təhlükədən qorunmağın yolları ilə bağlı məktəblilərə məlumat verilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin təhlükəsizliyinin təmin edilməsi, partalamamış hərbi sursatla qarşılaşacaqları təqdirdə aidiyyəti qurumlara müraciətlə bağlı məlumatlılığın artırılmasıdır.

 

Məktəbli, müəllimlər və işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürülməsi nəzərdə tutulan sakinlərin iştirakı ilə təşkil edilmiş maarifləndirici təlimdə məlumat broşürləri paylanıb, praktiki məşğələlər təşkil edilib. Mina partlayışından zərərçəkmiş bir neçə məcburi köçkün və müharibə iştirakçısı  da təlimdə iştirak edib.

 

Sonda şagirdlərə təhlükəsiz davranış qaydaları ilə bağlı məlumatın əks olunduğu broşür, məlumat kitabçası, dəftər və karandaşlar paylanılıb.

17 Mart, 2023 / Tədbirlər Məcburi köçkünlərin sosial sahibkarlıq brendləri təqdim olunub
16 Mart, 2023 / Tədbirlər Talış kəndinə 20 ailə köçürülüb
03 Mart, 2023 / Tədbirlər Ağalıda məskunlaşmış sakinlərin sayı 420-yə çatıb
28 Fevral, 2023 / Tədbirlər Daha 10 ailə doğma yurda köçürüldü
27 Fevral, 2023 / Tədbirlər Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı keçirilib
16 Fevral, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
03 Fevral, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Yanvar, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
25 Yanvar, 2023 / Tədbirlər Dayanıqlı və davamlı icma quruculuğu konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib
18 Yanvar, 2023 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
28 Dekabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
08 Dekabr, 2022 / Tədbirlər Gender zorakılığına qarşı mübarizəyə həsr olunmuş tədbirlər keçirilib
02 Dekabr, 2022 / Tədbirlər Komitə əməkdaşları üçün maarifləndirici təlim keçirilib
18 Noyabr, 2022 / Tədbirlər Koreya səfirliyi qaçqınlara və məcburi köçkünlərə dəstək tədbirləri həyata keçirir
07 Noyabr, 2022 / Tədbirlər “Zəfər arzuları” adlı sosial aksiya təşkil edilib
05 Noyabr, 2022 / Tədbirlər YAP-ın təsis edilməsinin 30 illiyi qeyd olunub
25 Oktyabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
21 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
14 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsi yanında İctimai Şuranın iclası keçirilib
13 Oktyabr, 2022 / Tədbirlər Məcburi köçkün qəsəbələrində Beynəlxalq Qız Övladları Günü qeyd edilib