"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 455
Dövlət Komitəsində kollegiya iclası keçirilib
Tədbirlər 21 Oktyabr, 2022

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini, bərpa-quruculuq işlərinin sürətlə aparılmasını və məcburi köçkünlərin doğma yurda qayıdışa hazırlanmasını postmüharibə dövründə mühüm vəzifə kimi müəyyənləşdirib. Ermənistan üzərində qələbədən keçən iki ildə bu vəzifələrin icrası istiqamətində böyük işlər görülüb: yeni yol-nəqliyyat infrastrukturu qurulur, şəhər və kəndlərin təməli qoyulur, ilkin mərhələsi başlanmış Böyük Qayıdışın səmərəli təşkilinə zəmin yaradılır.   

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti kollegiya iclasında bu barədə ətraflı danışılıb. Komitə sədri Rövşən Rzayev qeyd edib ki, dövlətimizin başçısının tapşırıqlarının vaxtında və tələb olunan səviyyədə icra olunması üçün hər bir əməkdaş və sturuktur bölməsi əzmkarlıqla, böyük məsuliyyətlə çalışmalıdır.

 

Kollegiya iclasında Böyük Qayıdış prosesi, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə köçürüləcək əhalinin sayının dəqiqləşdirilməsi, tərkibinin və ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə sorğuların aparılması, məcburi köçkünlərin miqrasiya proseslərinin idarə olunması və statusla bağlı sənədləşmə işlərinin təkmilləşdirilməsi, vahid aylıq müavinətin verilməsi, məcburi köçkünlərin istifadəsindəki dövlət xüsusi mənzil fondunun istismar vəziyyəti və qışa hazırlığı  sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr haqqında struktur bölmələri rəhbərlərinin məruzələri dinlənilib.

 

Məruzələr ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

17 Mart, 2023 / Tədbirlər Məcburi köçkünlərin sosial sahibkarlıq brendləri təqdim olunub
16 Mart, 2023 / Tədbirlər Talış kəndinə 20 ailə köçürülüb
03 Mart, 2023 / Tədbirlər Ağalıda məskunlaşmış sakinlərin sayı 420-yə çatıb
28 Fevral, 2023 / Tədbirlər Daha 10 ailə doğma yurda köçürüldü
27 Fevral, 2023 / Tədbirlər Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı keçirilib
16 Fevral, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
03 Fevral, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Yanvar, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
25 Yanvar, 2023 / Tədbirlər Dayanıqlı və davamlı icma quruculuğu konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib
18 Yanvar, 2023 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
28 Dekabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
16 Dekabr, 2022 / Tədbirlər “Mina təhlükəsi” mövzusunda maarifləndirici təlim keçirilib
08 Dekabr, 2022 / Tədbirlər Gender zorakılığına qarşı mübarizəyə həsr olunmuş tədbirlər keçirilib
02 Dekabr, 2022 / Tədbirlər Komitə əməkdaşları üçün maarifləndirici təlim keçirilib
18 Noyabr, 2022 / Tədbirlər Koreya səfirliyi qaçqınlara və məcburi köçkünlərə dəstək tədbirləri həyata keçirir
07 Noyabr, 2022 / Tədbirlər “Zəfər arzuları” adlı sosial aksiya təşkil edilib
05 Noyabr, 2022 / Tədbirlər YAP-ın təsis edilməsinin 30 illiyi qeyd olunub
25 Oktyabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
14 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsi yanında İctimai Şuranın iclası keçirilib
13 Oktyabr, 2022 / Tədbirlər Məcburi köçkün qəsəbələrində Beynəlxalq Qız Övladları Günü qeyd edilib