"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1226
Məcburi köçkünlər və jurnalistlər üçün mina təhlükəsinə dair təlim təşkil edilib
Tədbirlər 25 İyun, 2021

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Minatəmizləmə Agentliyinin dəstəyi ilə iyunun 25-də məcburi köçkün bələdçilər və jurnalistlər üçün mina təhlükəsinə dair təlim təşkil edilib.

 

Jurnalistlər üçün keçirilən maarifləndirmə tədbirinə peşə faəliyyəti ilə əlaqədar vaxtaşırı həmin ərazilərə gedən media nümayəndələri və ərazisi işğaldan azad olunmuş rayonlardan olan və səfərlər zamanı bələdçilik edən şəxslər cəlb olunublar.

 

Bu il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində şəhid olan “AZƏRTAC”ın müxbiri Məhərrəm İbrahimovun, AZTV-nin operatoru Sirac Abışovun və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə bərpa-quruculuq işlərinə başlandığı, bu işlərin sürətləndirilməsi üçün intensiv minatəmizləmə əməliyyatlarının aparıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkəmizin ərazisində çoxsaylı hərbi cinayətlər törətmiş Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsi istər hərbçilərimizin, istərsə də dinc sakinlərin həyatı üçün ciddi təhlükə yaradır. Ötən il döyüş əməliyyatları dayandırılandan indəyədək xidməti vəzifəsini yerinə yetirən, həmçinin doğma yurdunu görmək istəyi ilə işğaldan azad edilmiş ərazilərə gedən onlarla insan mina partlayışının qurbanı olub. Bütün bunlar mina təhlükəsinə dair təlimlərin keçirilməsinin əhəmiyyətini göstərir. Təlim iştirakçılarına mina və partlamamış hərbi sursatlarla davranış qaydaları, təhlükədən qorunmağın yolları ilə bağlı məlumat verilib. Onlara məlumat broşürü paylanıb.

 

Tədbirdə Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamil Abdullayev və minaya düşmüş Ağdam rayon sakini Söhbət Şirinov jurnalistlərə və bələdçilərlə şahidi olduqları mina partlayışı hadisələri haqqında məlumat veriblər.

 

Təlim iştirakçılarına müvafiq sertifikat təqdim edilib.

 

Sonra “Qobu Park” yaşayış kompleksində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə mina təhlükəsizliyinə dair məlumat broşuru paylanılıb, kompleksin ərazisi əyani təşviqat vasitələri ilə təmin edilib.

 

Qeyd edək ki, jurnalistlər və ərazisi işğaldan azad olunmuş rayonlardan olan bələdçilər üçün mina təhlükəsizliyinə dair maarifləndirmə təlimləri davam etdiriləcək. Növbəti təlim 22 iyul - Mətbuat Günü münasibəti ilə təşkil olunacaq.

23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi