"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1217
İnklüziv sosial inkişaf və sosial təminat üzrə alt İşçi Qrupunun iclası keçirilib
Tədbirlər 13 Mart, 2021

Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq  “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın İnklüziv sosial inkişaf və sosial təminat üzrə alt İşçi Qrupunun iclası keçirilib.

 

İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində son 17 ildə milli iqtisadiyyatın 3 dəfədən çox artması şəraitində vətəndaş rifahının təminatına xidmət edən mühüm irəliləyişlərə nail olunub. Xüsusilə sosial ödənişlərin  ardıcıl şəkildə dəfələrlə artırılmasına, yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsinə nail olunub.

 

Nazir ötən dövrdə sosial müdafiə və aktiv məşğulluq proqramlarının, sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsinin ildən-ilə genişləndiyini vurğulayıb. Sosial infrastrukturun müasirləşdirilməsi işlərini qeyd edib.

 

Bildirilib ki, 2021‒2030-cu illər üçün müəyyən olunmuş Milli Prioritetlərdən biri kimi, bütün bu sosial nailiyyətlər davam və inkişaf etdiriləcək. Bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunması, sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, inklüzivliyin təmin olunması  növbəti onilliyin də əsas prioritetləri sırasında olacaq.

 

İclasda Strategiyanın hazırlanması ilə bağlı görüləcək işlər müzakirə olunub.

26 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
26 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib