"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1424
Gənclər günü münasibəti ilə videokonfrans keçirilib
Tədbirlər 01 Fevral, 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ərazisi işğaldan azad edilmiş rayonlardan olan gənclərin iştirakı ilə onlayn rejimdə videokonfrans keçirib.

 

2 fevral Gənclər Gününə həsr olunan tədbirdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanda gənclərin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə sağlam, savadlı və təşəbbüskar gənc nəslin yetişməsinə, onların vətənə məhəbbət ruhunda tərbiyə edilməsinə böyük önəm verib. Müstəqil dövlətimizin gənclər siyasətinin əsası Ulu Öndər tərəfindən qoyulub, cəmiyyətdə gənclərin rolunu yüksəltmək üçün zəruri tədbirlər görülüb, Gənclər Günü təsis olunub.

 

Prezident İlham Əliyev gənclərlə iş sahəsində dövlət siyasətini daha da təkmilləşdirib, onu zamanın çağırışlarına uyğunlaşdıraraq uğurla davam etdirir. Ölkənin siyasi, iqtisadi, mədəni həyatında gənclərin rolunun artırılması məqsədilə dövlət proqramları icra olunur.  Dövlət idarəçiliyinin müxtəlif sahələrində gənclərə böyük etimad göstərlir.

 

Qeyd olunub ki, bütövlükdə ölkədə həyata keçirilən islahatların, sosial, iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun layiqli həyat səviyyəsinin təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi məsələsi dayanır. Əhalinin həssas kateqoriyasından olan insanlarla bağlı aparılan tədbirlər isə bu siyasətin prioritetini təşkil edir. Belə ki, məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi üçün ardıcıl tədbirlər görülür. Eyni zamanda, məcburi köçkünlər sosial, tibb, təhsil, nəqliyyat, mənzil-kommunal və digər sahələrdə güzəştlərdən istifadə edirlər.

 

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkün gənclərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşdığı, onların sağlamlığı, təhsili, sosial problemlərinin həlli, mədəni inkişafı üçün zəruri şəraitin yaradılmasına böyük qayğı göstərdiyi qeyd edilib.

 

Diqqətə çatdırılıb ki, ölkəmizin təhlükəsizliyinin təmin edilməsində, ərazi bütövlüyünün müdafiəsində gənclərin mühüm rolu vardır. 44 gün davam edən Vətən Müharibəsi dövründə gənclərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşib, işğalçı Ermənistan üzərində parlaq zəfərin əldə olunmasına misilsiz töhfələr veriblər. Tarixi Qələbədə  böyük rolu olan gənclər işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında və dirçəlməsində də fəal iştirak edəcəklər.

 

Daha sonra, Xocalı rayonundan Canəli Məmmədov, Laçın rayonundan Orxanpaşa İbadov, Cəbrayıl rayonundan Lalə Novruzova, Ağdam rayonundan Anar Əsgərov, Zəngilan rayonundan Xəzər Bağırov çıxış ediblər. Onlar Gənclər Gününü artıq məcburi köçkün kimi deyil, ərazisi işğaldan azad olunmuş rayonların sakini kimi qürurla qeyd etdiklərini məmnunluqla bildiriblər. Bu qüruru və sevinci onlara yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkür edən gənclər  işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, əzmkarlıq göstərəcəklərini vurğulayıblar.     

26 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
26 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib