"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1322
Məcburi köçkünlərə 40 ton ərzaq yardımı göndərilib
Tədbirlər 22 Oktyabr, 2020

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) cəbhə xəttinə yaxın ərazilərdə yaşayan və Ermənistanın mülki əhalini hədəf alan atəş zərbələrindən zərər çəkən Azərbaycan vətəndaşlarına 40 ton ərzaq yardımı göstərib. Hazır və konservləşdirilmiş ərzaq məhsullarından ibarət bağlamalar Tərtər, Ağdam və Bərdə rayonları ərazisində 2 min ailəyə (təxminən 8000 nəfərə) paylanacaq.

 

Ermənistan silahlı birləşmələrinin bu il sentyabrın 27-də genişmiqyaslı təxribatlara başlamasına cavab olaraq Azərbaycan Ordusu torpaqlarının işğaldan qurtarılması məqsədi ilə əks-hücum əməliyyatlarına başlayıb. Döyüş meydanında məğlub  olan və davamlı şəkildə geri çəkilən işğalçı qüvvələr Azərbaycanın cəbhə xəttinə yaxın yaşayış məntəqələrini aramsız atəşə tutur.

 

TİKA cəbhə bölgəsindəki mövcud vəziyyətdə çətinliklərlə üzləşmiş azərbaycanlı əhaliyə dəstək olmaq və onların ərzaq təminatına dəstək vermək məqsədi ilə layihə həyata keçirməyə başlayıb. Layihə çərçivəsində hazır və konservləşdirilmiş qida məhsullarından ibarət 40 ton ərzaq cəbhəyanı rayonlarda yaşayan vətəndaşlara paylanacaq. Bu çərçivədə Tərtər, Ağdam və Bərdədə 2 min ailənin (8000 nəfər) qida ehtiyacları qarşılanacaq.

 

Ət və balıq konservləri, pendir, hazır kartof püresi və makaronlar, cem, meyvə suyu, şəkər, çay, çörək, qaymaq və s. hazır qidalardan ibarət ərzaq bağlamaları 23 oktyabr 2020-ci il tarixində bölgədəki ailələrə paylanacaq.

 

Hazırlanan ərzaq bağlamaları 22 oktyabr 2020-ci il tarixində Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral, TİKA Bakı Proqram Koordinatoru Teoman Tiryaki və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Sədr müavini Fuad Hüseynovun iştirakı ilə keçirilmiş yolasalma mərasimi ilə bölgəyə göndərildi.

26 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
26 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib