"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2047
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində məcburi köçkünlərə yardım göstərilib
Tədbirlər 21 Oktyabr, 2020

Son vaxtlar dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da koronavirusa (COVİD-19) yoluxma halları artır. Xəstəliyin geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir, əhalinin təkcə maarifləndirilməsinə deyil, həm də sağlamlığının qorunmasına və ərzaq təminatına xüsusi diqqət yetirilir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu günlərdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” layihəsinin dəstəyi ilə yardım aksiyası gerçəkləşdirib. Belə ki, müxtəlif rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə, ümmulikdə, sanitar-gigiyenik vasitələr və ərzaqdan ibarət 11 ton yardım 550 ailəyə təqdim olunub.

 

Risk qrupuna daxil olan insanların evdə qalmasına və  virusa yoluxmaqdan qorunmasına dəstək vermək məqsədi daşıyan yardım aksiyası zamanı məcburi köçkünlərə  infeksiyanın qarşısının alınması üçün zəruri olan sanitar-gigiyenik tələbələrə və sosial izolyasiya tədbirlərinə riayət etmək tövsiyə edilib. Məcburi köçkünlər karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildiriblər.

 

Qeyd edək ki, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) GmbH tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Cənubi Qafqazda aztəminatlı məcburi köçkün və yerli əhalinin iqtisadi və sosial inkişafı” regional layihəsi Bərdə, Ağdam rayonu və Mingəçevir şəhərində həyata keçirilir. Proqramda Gürcüstan və Azərbaycanda məskunlaşmış məcburi köçkünlərin məşğulluq və yeni bizneslərin qurulması, həmçinin mövcud bizneslərin genişlənməsi və məcburi köçkün qəsəbələrində xüsusilə qadınların və gənclərin sosial inteqrasiyasının dəstəklənməsi nəzərdə tutulur.

26 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
26 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib