"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2086
Turnirin ən yaxşıları və müsabiqənin qalibləri mükafatlandırılıblar
Tədbirlər 04 Mart, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyası çərçivəsində keçirilmiş futzal turnirinin ən yaxşıları və məktəblilər arasında inşa müsabiqəsinin qalibləri ilə  görüş olub.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev aksiyanın fəal iştirakçısı olan məcburi köçkün yeniyetmə və gəncləri salamlayıb, yüksək vətənpərvərlik göstərdiklərinə və öz bacarıqlarını nümayiş etdirdiklərinə görə onlara təşəkkürünü bildirib.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən idman və gənclər siyasətinin ölkəmizdə gənc nəslin fiziki və mənəvi sağlamlığının təmin edilməsinə yönəldiyi, bu sahədə böyük nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, məcburi köçkünlər arasında da bədən tərbiyəsi və  idmanın kütləviliyinin təmin edilməsi, həmçinin bu kateqoriyadan olan yeniyetmə və gənclərin yaradıcılıq imkanlarının artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

 

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşdığı, onların sağlamlığı, təhsili, sosial problemlərinin həlli, mədəni inkişafı üçün zəruri şəraitin yaradılmasına böyük qayğı göstərdiyi qeyd edilib.    

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Dövlət Komitəsinin bu il yanvarın 17-də başlatdığı “Əsgərə salam” hərbi vətənpərvərlik aksiyasının ölkəmizdə böyük maraqla qarşılandığı, aksiyaya cəmiyyətin bütün təbəqələrinin fəal şəkildə qoşulduqları bildirilib. Ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan, müxtəlif sahələrdə çalışan yüz minlərlə insan xalqımıza və müstəqil dövlətimizə sədaqətlə xidmət edən, sərhədlərimizin keşiyində ayıq-sayıq dayanan hərbiçilərimizə sosial şəbəklərdə əsgər salamı göndərməklə Silahlı Qüvvələrimizə və Ali Baş Komandana öz etimad və dəstəklərini bir daha nümayiş etdiriblər. Onların fərdi və ya kollektiv qaydada hərbi salam verməsini əks etdirən fotoşəkillər, videoçarxlar sosial şəbəkələrdə və digər internet resurslarında geniş yayılıb, paylaşılıb və bəyənilib.  

 

Dövlət Komitəsi aksiya çərçivəsində bir-birindən fərqli tədbirlər də həyata keçirib.

 

Belə tədbirlərdən biri, məcburi köçkün gənclər arasında idmanın kütləviliyinin artırılması məqsədilə ilk dəfə keçirilən  “Əsgərə salam” futzal turniri olub. Turnirdə komitənin tabeliyində olan  mənzil-kommunal istismar sahələrinin xidmət etdikləri məcburi köçkün qəsəbələrində yaradılmış  9 komanda iştirak edib. Bakı, Sumqayıt və Abşeron rayonu ərazisindəki qəsəbələri təmsil edən bu komandalar arasında birinci yeri paytaxtın Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksinin “Ərgünəş” komandası  tutub.

 

Ərazisi işğalda olan rayonların məktəbliləri arasında keçirilmiş  inşa müsabiqəsi isə məcburi köçkün yeniyetmələrin vətən keşikçiləri haqqında öz ürək sözlərini, duyğu və düşüncələrini ifadə etməsinə şərait yaradıb. Müsabiqəyə Şuşa, Laçın, Kəlbəcər, Xocavənd, Xocalı, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının məktəblilərindən ümumilikdə 41 iş göndərilib. İnşa işləri birinci mərhələdə rayon təhsil şöbələri, sonra isə Dövlət Komitəsində yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Dövlət Komitəsində keçirilən görüşdə futzal turnirinin ən yaxşıları və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

26 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
26 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib