"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 574
Dövlət Komitəsinin Sədri Rövşən Rzayevin 2 Fevral – Gənclər Günü münasibəti ilə təbriki
Mətbuat xidmətinin məlumatı 02 February, 2022

Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin

Sədri Rövşən Rzayevin 2 Fevral – Gənclər Günü münasibəti ilə

TƏBRİKİ

 

Əziz gənclər, Sizi əlamətdar gün – Azərbaycanda Gənclər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, yüksək təhsil alması və sağlam həyat tərzi keçirməsi üçün bütün imkanlar yaradılmışdır. Azərbaycan gəncləri dövlətimizin qayğısına cavab olaraq hər bir sahədə fəallıq göstərərək, ölkəmizin tərəqqisinə mühüm töhfələrini verməkdədirlər.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan qurtaran və Azərbaycanın ərazi bütövlüyünü təmin edən rəşadətli Ordumuzun şəxsi heyətinin mütləq əksəriyyətini gənclər təşkil etmişdir. Müasir cəmiyyətimizin ən dəyərli üzvləri kimi gənclərimizin Vətən müharibəsindəki qəhrəmanlığı tarixdə əbədi yaşayacaqdır. Düşmənlərə qarşı mübarizədə fədakarlıq göstərən və həyatını qurban verən şəhid gənclərimizi bu gün rəhmətlə anır, ailələrinə səbr və dözüm diləyirik. Biz Vətən müharibəsinin iştirakçısı olan 16 əməkdaşımızla fəxr edirik.

 

Hazırda bizim komitənin strukturlarında işləyənlərin 42 faizini gənclər təşkil edir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki təşkilatlarda da yüzlərlə gənc çalışır. Onların hər biri bizim üçün dəyərlidir, mütləq əksəriyyəti xidməti vəziflərini məsuliyyətlə yerinə yetirir.

 

Əminik ki, gənclərimiz Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində, Böyük qayıdışın uğurla həyata keçirilməsində də fəal iştirak edəcəklər.

 

Bu əlamətdar gündə gənclərimizi bir daha təbrik edir, onların hər birinə möhkəm cansağlığı, xoşbəxtlik, xidməti vəzifələrinin icrasında və şəxsi həyatda uğurlar arzulayıram!

17 MAY, 2024 / Mətbuat xidmətinin məlumatı
14 MAY, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
14 MAY, 2024 / Mətbuat xidmətinin məlumatı Fərhad Bədəlbəyli: “Cənab Prezidentin Böyük Qayıdışla əlaqədar siyasətinin dünyada bənzəri yoxdur”
14 MAY, 2024 / Mətbuat xidmətinin məlumatı Ağır şəraitdə yaşayan Şuşa sakinlərinin bir qrupu doğma yurda yola salınıb
14 MAY, 2024 / Mətbuat xidmətinin məlumatı Avropa Parlamentinin üzvü məcburi köçkünlər üçün yaradılan şəraitlə tanış olub
11 MAY, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb
10 MAY, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
10 MAY, 2024 / Mətbuat xidmətinin məlumatı
08 MAY, 2024 / Mətbuat xidmətinin məlumatı
06 MAY, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb
01 MAY, 2024 / Mətbuat xidmətinin məlumatı
30 April, 2024 / Mətbuat xidmətinin məlumatı Next resettlement convoy reached Lachin city
30 April, 2024 / Mətbuat xidmətinin məlumatı
30 April, 2024 / Mətbuat xidmətinin məlumatı
29 April, 2024 / Mətbuat xidmətinin məlumatı
29 April, 2024 / Mətbuat xidmətinin məlumatı
26 April, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 April, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 April, 2024 / Mətbuat xidmətinin məlumatı
23 April, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb