"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 566
Dövlət Komitəsinin Sədri Rövşən Rzayevin 2 Fevral – Gənclər Günü münasibəti ilə təbriki
Mətbuat xidmətinin məlumatı 02 Fevral, 2022

Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin

Sədri Rövşən Rzayevin 2 Fevral – Gənclər Günü münasibəti ilə

TƏBRİKİ

 

Əziz gənclər, Sizi əlamətdar gün – Azərbaycanda Gənclər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, yüksək təhsil alması və sağlam həyat tərzi keçirməsi üçün bütün imkanlar yaradılmışdır. Azərbaycan gəncləri dövlətimizin qayğısına cavab olaraq hər bir sahədə fəallıq göstərərək, ölkəmizin tərəqqisinə mühüm töhfələrini verməkdədirlər.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan qurtaran və Azərbaycanın ərazi bütövlüyünü təmin edən rəşadətli Ordumuzun şəxsi heyətinin mütləq əksəriyyətini gənclər təşkil etmişdir. Müasir cəmiyyətimizin ən dəyərli üzvləri kimi gənclərimizin Vətən müharibəsindəki qəhrəmanlığı tarixdə əbədi yaşayacaqdır. Düşmənlərə qarşı mübarizədə fədakarlıq göstərən və həyatını qurban verən şəhid gənclərimizi bu gün rəhmətlə anır, ailələrinə səbr və dözüm diləyirik. Biz Vətən müharibəsinin iştirakçısı olan 16 əməkdaşımızla fəxr edirik.

 

Hazırda bizim komitənin strukturlarında işləyənlərin 42 faizini gənclər təşkil edir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki təşkilatlarda da yüzlərlə gənc çalışır. Onların hər biri bizim üçün dəyərlidir, mütləq əksəriyyəti xidməti vəziflərini məsuliyyətlə yerinə yetirir.

 

Əminik ki, gənclərimiz Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində, Böyük qayıdışın uğurla həyata keçirilməsində də fəal iştirak edəcəklər.

 

Bu əlamətdar gündə gənclərimizi bir daha təbrik edir, onların hər birinə möhkəm cansağlığı, xoşbəxtlik, xidməti vəzifələrinin icrasında və şəxsi həyatda uğurlar arzulayıram!

01 May, 2024 / Mətbuat xidmətinin məlumatı Ərşad Hüseynov: “Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir”
30 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşaya qayıdış başlanır
30 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı