"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et Arxiv 204
Məcburi köçkün icmasının nümayəndələri hərbçilərlə görüşüblər
Tədbirlər 08 Oktyabr, 2019

 Sumqayıt şəhərindəki 12-ci mikrorayonda məcburi köçkünlər üçün salınmış qəsəbədə fəaliyyət göstərən icma şurasının üzvlərindən bir qrupu Füzuli rayonu ərazisində yerləşən hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüblər.
İcma şurasının sədri, Laçın rayonundan olan məcburi köçkün Qəzənfər Hüseynov görüşdə çıxış edərək, müharibədən əziyyət çəkən, doğma yurdundan didərgin düşən insanlara göstərilən hərtərəfli dövlət qayğısı göstərildiyini diqqətə çatdırıb. O, icma
şurasının məram və məqsədləri barədə məlumat verib, gənclər arasında vətənpərvərliyin, müstəqil dövlətçilik ideyalarının və sağlam həyat tərzinin təbliğinin qarşıya mühüm vəzifə kimi qoyulduğunu bildirib. İcma şurasının, əsasən, şəhid
ailələrinin üzvlərindən, müharibə əlillərindən və veteranlarından təşkil olunduğunu vurğulayan Q.Hüseynov onların ön cəbhədə düşmənlə üz-üzə dayanan hərbçilərimizə mənəvi dəstək verməyə gəldiklərini qeyd edib.
Görüşdə çıxış edən Qarabağ müharibəsi veteranları bu gün Azərbaycan ordusunun yüksək döyüş qabiliyyətinə və zəruri maddi-texniki bazaya malik olmasından qürur hissi keçirdiklərini, onların işğal altındakı torpaqları tezliklə azad edəcəklərinə əmin
olduqlarını söyləyiblər.
İcma şurasının üzvləri hərbi xidmətdə xüsusilə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər.
Görüş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilib.

14 Dekabr, 2019 / Tədbirlər Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
11 Dekabr, 2019 / Tədbirlər Dövlət Komitəsinin sədri və Almaniyanın ölkəmizdəki səfiri Mingəçevirdə gənclərlə görüşüblər
10 Dekabr, 2019 / Tədbirlər Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
09 Dekabr, 2019 / Tədbirlər “Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərə hüquqi yardım göstərilib
29 Noyabr, 2019 / Tədbirlər 833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib
19 Noyabr, 2019 / Tədbirlər Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
02 Noyabr, 2019 / Tədbirlər Ağdam rayonunda məcburi köçkünlər üçün tibbi aksiya keçirilir
29 Oktyabr, 2019 / Tədbirlər Dövlət Komitəsi Zəngilanın işğalının 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirib
26 Oktyabr, 2019 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
10 Oktyabr, 2019 / Tədbirlər “Qobu Park-2” üçün ilk püşkatma keçirilib
02 Oktyabr, 2019 / Tədbirlər Dövlət Komitəsində Xocavəndin işğalı gününə həsr olunmuş anım tədbiri keçirilib
21 Sentyabr, 2019 / Tədbirlər “Qobu Park”da məcburi köçkünlərə dəstək tədbirləri həyata keçirilib
12 Sentyabr, 2019 / Tədbirlər Məcburi köçkünlər ilk yardım üzrə təlimə cəlb olunublar
31 Avqust, 2019 / Tədbirlər Dövlət Komitəsində Qubadlının işğalı gününə həsr olunmuş anım tədbiri keçirilib
27 Avqust, 2019 / Tədbirlər Beyləqanda 146 məcburi köçkün ailəsi üçün yeni qəsəbə istifadəyə verilib
26 Avqust, 2019 / Tədbirlər “Bir gün Qarabağda” adlı muğam konserti təşkil edilib
23 Avqust, 2019 / Tədbirlər Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü ilə bağlı tədbir keçirilib
19 Avqust, 2019 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
23 İyul, 2019 / Tədbirlər Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
13 İyul, 2019 / Tədbirlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibəti ilə konsert keçirilib