"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1117
“Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
Tədbirlər 18 November, 2023

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirib. Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında keçirilən püşkatma mərasimində Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin, Milli Məclisin deputatları, mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri, ərazisi işğaldan azad olunmuş rayonların icra hakimiyyətlərinin rəsmiləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri, QHT nümayəndələri iştirak ediblər.

 

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, hazırda Azərbaycan dövlətinin qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası, davamlı inkişafı və məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi kimi şərəfli vəzifə durur. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dəstək və qayğı xüsusi yer tutur, Birinci vitse-prezident Mehriban Əliyeva  onların yaşayış şəraitinin yaxşılaşdırılmasını, təhsil, sağlamlıq, mədəni inkişaf  məsələlərinin həllini daim diqqətdə saxlayır.

 

Böyük Qayıdış üzrə I Dövlət Proqramı çərçivəsində Füzulidə tikilən yaşayış məhəllələrinə, növbəti mərhələdə, 122 ailə (461) nəfər köçürüləcəyini vurğulayan sədr müavini bununla da, şəhərdə 380 ailənin (1389 nəfər) daimi məskunlaşacağını diqqətə çatdırıb.

 

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Füzulidə məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur yaradılıb. Qeyd edilib ki, məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.

 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, müasir standartlara uyğun olaraq yenidən qurulan Füzuli şəhərində bərpa-quruculuq işləri davam edir. Püşkatmanın keçirilməsi, sakinlərin doğma yurdlarına qayıdışı orada yeni həyatın başlanmasını göstərir. Bu qürurverici mənzərədir. Füzuli bərpa və yenidənqurma mərhələsi ilə yanaşı, məskunlaşma, iqtisadiyyatın formalaşması və reinteqrasiya mərhələsinə də daxil olub.

 

BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo insanların qayıdışa hazırlanmasını, nəsillər arasında bağ yaradılmasını yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan məcburi köçkünlərin geri qayıdışı təcrübəsi ilə bağlı dünyaya nümunə yaradır.

 

Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

Püşkatmada iştirak edən ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Ailə tərkibinə uyğun olaraq, onlardan 47-i ikiotaqlı, 58-i üçotaqlı, 17-i dördotaqlı mənzil ilə təmin olunub.

 

Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.

 

30 November, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 November, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 November, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 November, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 November, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
17 November, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 November, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib
08 November, 2023 / Tədbirlər Another information tour was organized to Shusha city
07 November, 2023 / Tədbirlər A meeting was held with the participants of the Patriotic War in the State Committee
07 November, 2023 / Tədbirlər Draw held among IDPs returning to Zabukh village at the next stage
04 November, 2023 / Tədbirlər An infotour was organized to Aghali village in Zangilan
30 October, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 October, 2023 / Tədbirlər Ağalı kəndinə köç edən ailələrə mənzillərin açarı təqdim edilib
26 October, 2023 / Tədbirlər An information seminar for internally displaced people was held in Barda
25 October, 2023 / Tədbirlər Another information tour was organized to Shusha city
18 October, 2023 / Tədbirlər An infotour to the Fuzuli city was organized by the State Committee
06 October, 2023 / Tədbirlər The next held draw for families preparing to return to Fuzuli
27 September, 2023 / Tədbirlər A meeting was held with Azerbaijani residents of Khankendi at the State Committee
13 September, 2023 / Tədbirlər Another 123 people were relocated to Aghali
08 September, 2023 / Tədbirlər Draw held among IDPs returning to Aghali village