"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1050
Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Tədbirlər 08 MAY, 2025

Mayın 8-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərini qeyd edən, onun siyasi-strateji xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazandığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu amilin milli inkişafımız üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Ermənistanın deportasiya və işğalçılıq siyasəti nəticəsində yurd-yuvasından didərgin düşən həmvətənlərimiz hər zaman ümummilli liderin diqqət və qayğısını hiss ediblər. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə, bu sahədə Dövlət Proqramı hazırlanıb, icra olunub. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası öz bəhrəsini verməyə başladıqdan sonra ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilib. Beynəlxalq təşkilatların qaçqın və məcburi köçkün problemlərinin həllinə dəstək göstərməsi, yardımlar etməsi də Ulu öndərin təşəbbüsü və çağırışı əsasında olub. Bununla da, ölkədə yaşana biləcək humanitar fəlakətin qarşısı alınıb.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərlə iş  sahəsində dövlət siyasətini daha da təkmilləşdirərək uğurla davam etdirir. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi həssaslıqla yanaşır, bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm işlər görür.

44 günlük Vətən Müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra işğaldan azad edilmiş ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır.

Dövlətimizin başçısının məqsədyönlü siyasəti nəticəsində soydaşlarımızın ata-baba yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı üçün imkan yaranıb. Artıq Zəngilan rayonunun Ağalı, Ağdərə rayonunun Talış kəndi, Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayıl şəhərlərinə, Laçın rayonunun Zabux və Sus, Xocalı rayonunun Ballıca, Ağdam rayonunun Sarıcalı,  Ağdərə rayonunun Həsənriz və Suqovuşan kəndlərinə keçmiş məcburi köçkünlər köçürülüb. Soydaşlarımızın doğma yurdlarına mərhələli qaydada qayıdışı qarşıdakı aylarda da davam edəcək.

Tədbirdə ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə dövlət qayğısı, bu kateqoriyadan olan soydaşlarımızın sosial problemlərinin həlli ilə bağlı ölkə daxilində və xaricində apardığı müdrik və uzaqgörən siyasətindən bəhs edən film nümayiş olunub.

Qeyd edilib ki, müstəqil dövlət quruculuğunun on ili ərzində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə görülən işlərin miqyası çox böyükdür. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Tədbirdə belə bir inam ifadə edilib ki, Ulu Öndərin bütün vəsiyyət və arzuları kimi keçmiş məcburi köçkünlərin doğma torpaqlara qaydışı da təmin ediləcək, tezliklə Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən öz məcrasına qayıdacaqdır. 

 

 

04 March, 2026 / Tədbirlər Residents of the cities of Khojaly and Khojavand, as well as the villages of Khojavand, Seyidbeyli, and Horovlu, have been informed about social protection measures and mine safety.
26 February, 2026 / Tədbirlər A commemorative event marking the 34th anniversary of the Khojaly genocide was held at the State Committee
26 February, 2026 / Tədbirlər State Committee’s staff visited the Khojaly Genocide Memorial
26 January, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 December, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 December, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 December, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 December, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 November, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 November, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 November, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 November, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 November, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 November, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 November, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 November, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib