"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 902
“Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib
Tədbirlər 20 JUNE, 2025

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində “Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib. Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov tədbiri giriş sözü ilə açaraq, qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıqla dəstək göstərdiyini bildirib. Dövlət Komitəsi sədrinin müavini həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir. Bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib və məsul vəzifələr qoyulub. Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə tədbirlərin əsas icraçısıdır. Tədbirdə çıxış edən ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov işğaldan azad edilmiş ərazilərdə icra edilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumat verib. O, doğma yurda qayıdan əhalinin partlayıcı sursatların təhlükəsi ilə bağlı maarifləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini bildirib. Tədbirdə Komitənin Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov, Sosial təminat və kommunal xidmətlər şöbəsinin müdiri Rövşən Məmmədov, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev, Hüquq və kadrlar şöbəsinin müdiri Vüsal Xəlilov, Monitorinq şöbəsinin müdir müavini Babək Bayramov, Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin müdir müavini Tural Qasımlı və digər nümayəndələr iştirak ediblər. Dövlət Komitəsinin nümayəndələri tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Qeyd edək ki, tədbirdə keçmiş məcburi köçkünlərə dövlət tərəfindən nəzərdə tutulan güzəşt və imtiyazlar, sosial müdafiə tədbirlərinin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri eləcə də onları maraqlandıran digər hüquqi məsələlərlə bağlı məlumat verilib. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi Tədbirlər Planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və mənzil-kommunal istismar sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar nümayiş etdirilir. 

 

 

 

 

08 MAY, 2026 / Tədbirlər An event dedicated to the 103rd anniversary of the birth of National Leader Heydar Aliyev was held at the State Committee
30 April, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 April, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 April, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 April, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 April, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 April, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 April, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 March, 2026 / Tədbirlər Residents of the cities of Khojaly and Khojavand, as well as the villages of Khojavand, Seyidbeyli, and Horovlu, have been informed about social protection measures and mine safety.
26 February, 2026 / Tədbirlər A commemorative event marking the 34th anniversary of the Khojaly genocide was held at the State Committee
26 February, 2026 / Tədbirlər State Committee’s staff visited the Khojaly Genocide Memorial
26 January, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 December, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 December, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 December, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 December, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib