"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 665
Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Böyük Qayıdışla bağlı məlumat verilib
Tədbirlər 19 JUNE, 2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” və 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib. Simpozium çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov “Qaçqınların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müsbət təcrübələr” mövzusunda təşkil olunmuş panelin spikeri qismində çıxış edib. Çıxış zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qalması, onların uzun illər yarımçıq binalarda, zirzəmilərdə, yataqxanalarda ağır və dözülməz şəraitdə məskunlaşması barədə məlumat verilib. Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı kompleks və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması sahəsində davamlı tədbirlər görülür. Birinci vitse-prezident Mehriban Əliyeva da bu məsələlərə xüsusi diqqət və həssaslıqla yanaşır, onların rifahının yüksəldilməsinə ardıcıl humanitar dəstək göstərir. Məruzədə qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin bərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər yalnız daxili sabitliyə deyil, bütün regionun təhlükəsizliyinə və sabitliyinə də mühüm töhfə verir. “Böyük Qayıdış” prosesi ölkənin sosial-iqtisadi inkişaf strategiyasında əsas istiqamət kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yer alıb. Qeyd olunub ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bununla yanaşı, köç prosesinin təşkili, köçkünlərin maarifləndirilməsi və reinteqrasiyası məqsədilə təbliğat-təşviqat işləri, xüsusi qaynar xətt xidmətinin yaradılması kimi təşəbbüslər “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yer alır.

Bildirilib ki, Ermənistan uzun illər işğalda saxladığı Azərbaycan ərazilərini kütləvi şəkildə mina ilə çirkləndirib və bu da Böyük Qayıdış prosesinə ciddi maneələr yaradır. Azərbaycan bu məsələnin beynəlxalq müstəvidə həllinə çalışır və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın mina xəritələrini təqdim etməsi üçün təcili tədbirlərin görülməsini tələb edir. Bu kontekstdə beynəlxalq ictimaiyyətin Ermənistana qarşı təzyiqləri artırması zəruri hesab olunur. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Qərbi Azərbaycandan zorla çıxarılmış on minlərlə azərbaycanlı da bu gün hələ də doğma torpaqlarına qayıtmaq hüququndan məhrum vəziyyətdədir. Ermənistanda azərbaycanlılara qarşı aparılmış deportasiya, qəsdən yönləndirilmiş zorakılıq, hüquq pozuntuları və mədəni irsin məhv edilməsi aktları nəticəsində bu əhali qrupu uzun illər boyu beynəlxalq hüququn pozulması şəraitində didərgin həyat sürməyə məcbur qalıb. Təqdimatda vurğulanıb ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin problemlərinin həlli deyil, həm də postmünaqişə dövründə reabilitasiya və reinteqrasiya sahəsində dünya miqyasında nümunəvi bir model formalaşdırmaqdadır. Tədbirin sonunda sədr müavini Fuad Hüseynov iştirakçıların qayıdış prosesi və dövlət siyasətinin müxtəlif aspektləri ilə bağlı suallarını ətraflı şəkildə cavablandırıb. 

 

 

08 MAY, 2026 / Tədbirlər An event dedicated to the 103rd anniversary of the birth of National Leader Heydar Aliyev was held at the State Committee
30 April, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 April, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 April, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 April, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 April, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 April, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 April, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 March, 2026 / Tədbirlər Residents of the cities of Khojaly and Khojavand, as well as the villages of Khojavand, Seyidbeyli, and Horovlu, have been informed about social protection measures and mine safety.
26 February, 2026 / Tədbirlər A commemorative event marking the 34th anniversary of the Khojaly genocide was held at the State Committee
26 February, 2026 / Tədbirlər State Committee’s staff visited the Khojaly Genocide Memorial
26 January, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 December, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 December, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 December, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 December, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib