"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 647
Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
Tədbirlər 29 MAY, 2025

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) birgə təşkilatçılığı ilə Bakı şəhərinin Sabunçu rayonundakı Kürdəxanı qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Yurdumuza Qayıdırıq” adlı hüquqi maarifləndirmə tədbiri keçirilib. Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, tədbirin əsas məqsədi məcburi köçkünlərin hüquqlarının təbliği, hüquqi biliklərinin artırılması, bu sahədə həyata keçirilən fəaliyyətlərin ictimaiyyətə çatdırılması, habelə işğaldan azad olunmuş ərazilərə qayıdış prosesi ilə bağlı hüquqi maarifləndirmənin təmin edilməsidir. Qeyd olunub ki, Prezident İlham Əliyev məcburi köçkünlərlə işi sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib, onların sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri normativ hüquqi aktlar qəbul edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bu kateqoriyadan olan soydaşlarımızın müraciətlərinin müsbət həlli üçün tapşırıqlar verib. Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Tədbirdə keçmiş məcburi köçkünlərə dövlət tərəfindən nəzərdə tutulan güzəşt və imtiyazlar, sosial müdafiə tədbirlərinin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri, eləcə də onları maraqlandıran digər hüquqi məsələlərlə bağlı məlumat verilib. Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov tədbirin açılışında çıxış edərək iştirakçıları VK sədri Anar Bağırovun, Kollegiyanın və vəkil həmkarların adından salamlayıb. Sədr müavini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə VK arasında bir neçə ildir ki, sıx səmərəli əməkdaşlığın mövcud olduğunu, 2022-ci ildə imzalanmış Memorandum çərçivəsində bir sıra ödənişsiz hüquqi yardım aksiyaları və maarifləndirici tədbirlərin təşkil edildiyini, yüzlərlə şəxsin isə bu imkanlardan faydalandığını deyib. Çıxışında tədbirin əlamətdar məqamlarına toxunan Şahmar Məmmədov söyləyib ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyanın bu il 30 illiyi qeyd olunur. Bu xüsusilə önəmlidir, çünki bu gün Azərbaycan Respublikasının Konstitusiyası, dövlət suverenliyi ölkənin hər bir ərazisində bərpa edilib. Sədr müavini diqqətə çatdırıb ki, Konstitusiyada nəzərdə tutulmuş yüksək keyfiyyətli hüquq yardım almaq hüququ vəkillər tərəfindən həyata keçirilir. Kollegiyanın üzvləri bu missiyanı böyük məsuliyyət və peşəkarlıqla həyata keçirir. Şahmar Məmmədov həmçinin bildirib ki, VK Rəyasət Heyətinin 9 dekabr 2020-ci il tarixli qərarına əsasən şəhid ailələri və qazilərə mütəmadi olaraq ödənişsiz hüquqi yardım göstərilir. Bu təşəbbüslər vəkillər tərəfindən mənəvi borc kimi qəbul olunaraq yüksək səviyyədə icra olunur. Tədbir çərçivəsində insan hüquqları sahəsində həyata keçirilmiş tədbirlərin təqdimatı olub. “Pro Bono” Vəkil Bürosu və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən 100-ə yaxın keçmiş köçkünə ödənişsiz hüquqi yardım göstərilib, vətəndaşların sualları cavablandırılıb, praktiki məsləhətlər verilib. Bu təşəbbüs, hüquqi cəhətdən maarifləndirilmiş cəmiyyətin formalaşdırılması və keçmiş məcburi köçkünlərin sosial inteqrasiyasına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, hüquqi maarifləndirmə tədbirləri məcburi köçkünlərin digər müvəqqəti məskunlaşma yerlərində də davam etdiriləcək. 

 

 

 

 

24 November, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 November, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 November, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 November, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
13 November, 2025 / Tədbirlər Dövlət Komitəsində xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası ilə bağlı təlim təşkil edilib
04 November, 2025 / Tədbirlər Zəngilan şəhər sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
03 November, 2025 / Tədbirlər Ağdam şəhər sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
31 October, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” sərgi-təqdimat keçirilib
28 October, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim təşkil edilib
24 October, 2025 / Tədbirlər Cəbrayıl şəhərində "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" fotosərgisi və "Bura mənim evimdir" filminin təqdimatı keçirilib
20 October, 2025 / Tədbirlər Dövlət Komitəsində insan resurslarının idarəedilməsi mövzusunda təlim təşkil edilib
17 October, 2025 / Tədbirlər Ağalı və Məmmədbəyli sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 October, 2025 / Tədbirlər Çıldıran və Aşağı Oratağ sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
09 October, 2025 / Tədbirlər Təzəbinə, Ballıca və Vəngli sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
03 October, 2025 / Tədbirlər Xanyurdu sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
25 September, 2025 / Tədbirlər Ötən ay keçmiş məcburi köçkünlərin yeni yaşayış şəraitinə adaptasiyası ilə bağlı 61 tədbir keçirilib
04 September, 2025 / Tədbirlər Vəngli sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
03 September, 2025 / Tədbirlər Xanyurdu sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
28 August, 2025 / Tədbirlər Ötən ay keçmiş məcburi köçkünlərin yeni yaşayış şəraitinə adaptasiyası ilə bağlı 68 tədbir keçirilib
19 August, 2025 / Tədbirlər Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirib