"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 788
Dövlət Komitəsi Türkiyədə Böyük Qayıdışa həsr olunmuş tədbir keçirib
Tədbirlər 25 December, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri “Xarıbülbül” Azərbaycan Vizyon Teatrı tərəfindən "Biz birlikdə güclüyük” layihəsi çərçivəsində Türkiyənin İstanbul şəhərində təşkil olunmuş sərgidə iştrak ediblər. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində keçirilən sərgidə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planını çərçivəsində komitənin hazırladığı təbliğat-məlumatlandırma işləri nümayiş olunub. Sərgi iştirakçılarına çatdırılıb ki, Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı göstərilir, onlarla bağlı məsələlərin həllinə Prezident İlham Əliyev xüsusi diqqət yetirir. Məcburi köçkün həmvətənlərimizə qayğı, onların müraciətlərinə operativ baxılması və həll edilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində əsas istiqamətlərdəndir. Türkiyə-Azərbaycan Dərnəklər Federasiyası sədrinin müavini, Türkiyədə Azərbaycan diasporunun təmsilçisi Pərviz Məmmədzadə çıxışında qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirir.  O, Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları ilə bağlı layihələrin daha çox sayda və daha yüksək səviyyədə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov Böyük Qayıdış mövzusunda hazırlanmış videçarxlar barədə məlumat verərkən deyib: “Biz burada nümayiş olunan videoçarxlarla işğaldan qurtarılmış  torpaqlarda həyatın necə yenidən canlandığını, uşaqların sevinc dolu gözlərini, insanların quruculuq işlərindəki əzmini əks etdiririk. Bu, sadəcə, yaşayışın bərpası deyil, həm də xalqın öz ruhunu və mənəvi dəyərlərini torpaqlarında yenidən canlandırmasıdır. Qarabağ bu gün təkcə bizim deyil, gələcək nəsillərin də mədəniyyət mərkəzi, vətən sevgisinin simvoludur”. Azərbaycanda məcburi köçkünlərin həyatı və yaşayış şəraiti, işğaldan azad edilmiş ərazilər və həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri, doğma torpaqlara Böyük Qayıdış ilə bağlı videoçarxlar sərgi iştirakçılarında böyük maraq doğurub. Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü, Laçın rayonundan məcburi köçkün Elnarə Rəsulovanın yaradıcılıq işlərindən nümunələr, o cümlədən xalçalar və antik əşyalar da nümayiş olunub. Xatırladaq ki, ötən il Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə məcburi köçkünlərin hazırladığı “Bura mənim evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art qısa film festivalının mükafatına layiq görülüb. Həmçinin ötən ilin may ayında Türkiyənin İzmir şəhərində keçirilən “Qızıl alma” Beynəlxalq Turan Film Festivalında Qarabağdan olan məcburi köçkünlər haqqında həqiqətlərin dünyaya çatdırılmasında fəal iştirakı əsas götürülərək Dövlət Komitəsinin nümayəndələri festivalın “İnsan haqlarına töhfə” mükafatına layiq görülüb.

 

 

04 March, 2026 / Tədbirlər Residents of the cities of Khojaly and Khojavand, as well as the villages of Khojavand, Seyidbeyli, and Horovlu, have been informed about social protection measures and mine safety.
26 February, 2026 / Tədbirlər A commemorative event marking the 34th anniversary of the Khojaly genocide was held at the State Committee
26 February, 2026 / Tədbirlər State Committee’s staff visited the Khojaly Genocide Memorial
26 January, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 December, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 December, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 December, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 December, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 November, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 November, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 November, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 November, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 November, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 November, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 November, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 November, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib