"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2658
Cenevrədə “Azərbaycanda məcburi köçkünlərin insan hüquqları – tərəqqi və təhdidlər” adlı tədbir keçirilib
Tədbirlər 02 İyul, 2019

İyulun 1-də Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyası çərçivəsində “Azərbaycanda məcburi köçkünlərin insan hüquqları – tərəqqi və təhdidlər” adlı konfrans təşkil edilib.

 

Tədbirdə BMT-nin Cenevrə bölməsi yanında akkreditə olunmuş diplomatlar, beynəlxalq təşkilatların əməkdaşları və Cenevrədə yerləşən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Azərbaycanın BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov çıxışında dünyada məcburi köçkünlərin sayının 40 milyon nəfərə - rekord həddə çatdığını qeyd edərək, Azərbaycanın əhalinin sayına nisbətdə ən çox məcburi köçkünü və qaçqını olan ölkələr sırasında yer aldığını diqqətə çatdırıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərin problemlərinin həllinin dövlət siyasətinin prioritetlərindən olduğunu bildirən səfir onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması sahəsində aparılan fəaliyyət barədə məlumat verib. O deyib ki, ölkəmizdə məcburi köçkünlərin problemlərinin yeganə həlli Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsidir.

 

BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi xanım Sesilia Ximenez-Damari Azərbaycan Hökuməti tərəfindən məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş tədbirləri təqdirəlayiq hesab edərək, 2014-cü ilin may ayında sələfi Çaloka Beyaninin Azərbaycana səfərindən sonra bu istiqamətdə böyük tərəqqinin əldə olunduğunu bildirib. Uzun müddət davam edən köçürülmə problemini Azərbaycanın da yaşadığını təəssüf hissi ilə vurğulayan S.Ximenez-Damari artıq bir nəslin məcburi köçkün kimi böyüdüyünü bildirib. Azərbaycan Hökumətinin BMT çərçivəsində məcburi köçkünlərlə bağlı yüksək səviyyəli beynəlxalq qrupun yaradılması təşəbbüsünə qoşulmasına görə minnətdarlığını bildirən məruzəçi bu addımın ölkəmizin qlobal səviyyədə məcburi köçürülmə hallarının həllinə yönəlmiş yüksək səviyyəli siyasi iradəsinin göstəricisi olduğunu bəyan edib.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan çox həmvətənimizin öz doğma yurd-yuvasını tərk etmək və köçkün həyatının ağır məhrumiyyətlərini yaşamaq məcburiyyətində qaldığını bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların yaşayış şəraitinin, maddi rifah halının yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Hökumətin gördüyü məqsədyönlü tədbirlər və icra etdiyi dövlət proqramları barədə məlumat verib. F.Hüseynov BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçilərinin hesabatlarına istinad edərək, Azərbaycanda məcburi köçkünlərin problemlərinin yeganə davamlı həllinin yalnız ölkəmizin işğal altındakı ərazilərinin azad edilməsi və beləliklə, məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə, beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququnun təmin edilməsindən sonra tapılmasının mümkünlüyünü vurğulayıb.

 

Daha sonra Cenevrədə yerləşən tanınmış beynəlxalq qeyri-hökumət təşkilatlardan biri olan Məcburi Köçürülmə üzrə Monitorinq Mərkəzinin tədqiqatçısı xanım Elizabet Raşinq bu ilin mayında qurumun direktoru xanım Aleksandra Bilakın ölkəmizə səfərə dəvət olunmasına görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirib, bu səfərin Azərbaycanda məcburi köçkünlərin problemlərinin həlli istiqamətində qazanılmış uğurlarla yaxından tanış olmaq imkanı yaratdığını deyib. Mərkəzin nümayəndələrinin ölkəmizə səfəri çərçivəsində Cocuq Mərcanlı kəndinə baş çəkdiyi zaman məcburi köçkün ailələri üçün yaradılmış şəraitə şahidlik etdiyini, eləcə də Bakı ətrafında salınmış yeni qəsəbələrdə gördüyü nəzərəçarpacaq tərəqqinin təqdirəlayiq olduğunu vurğulayan E.Raşinq Azərbaycanda bu sahədə qəbul olunmuş qanunvericiliyin dövlətimizin başçısının bir sıra fərmanları ilə daha da gücləndirildiyini bildirib, bu xüsusda məşğulluğun artırılması, məcburi köçkünlərə aylıq müavinətin ayrılması və s. addımları müsbət təcrübə adlandırıb.

 

Xarici İşlər Nazirliyinin İnsan Hüquqları və Demokratiya İdarəsinin rəis müavini Fərəh Acalova Azərbaycan Hökumətinin məcburi köçkünlərin problemlərinin həlli sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığından bəhs edib. İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyətin, o cümlədən dünyanın digər bölgələrindən əhalinin köçürülməsi vasitəsilə demoqrafik strukturun dəyişdirilməsinə yönəlmiş cəhdlərin Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərdiyini vurğulayıb. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş qərar və qətnamələr, eləcə də Avropa Şurası İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarından bəhs edərək, işğalçı ölkənin azərbaycanlı məcburi köçkünlərin hüquqlarının bərpası ilə bağlı məsuliyyətindən danışıb.

 

Azərbaycanda fəaliyyət göstərən “Code for Future” qeyri-hökumət təşkilatının həmtəsisçisi Xalisə Şahverdiyeva məktəblilərin İKT üzrə müasir biliklərə yiyələnməsinin zəruriliyinə toxunaraq, rəhbərlik etdiyi təşkilatının ilk layihəsi olan “Məcburi köçkün uşaqlar üçün İKT üzrə intensiv tədris düşərgəsi” barədə iştirakçılara məlumat verib, texnologiyanın inkişaf etdiyi dövrdə bir qrup məcburi köçkün məktəblinin İKT və proqramlaşdırma üzrə yiyələndiyi biliklərin gələcəkdə onların təhsili və iş fəaliyyəti üçün çox faydalı olacağını vurğulayıb.

 

Sonra layihə ilə bağlı videoçarx nümayiş etdirilib.

 

Sonda konfrans iştirakçıları ilə müvafiq mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

 

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib