"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 978
Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə tədbir təşkil olunub
Tədbirlər 13 Dekabr, 2024

“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsi” layihəsinin icrası çərçivəsində məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi, inteqrasiyası və koordinasiyası məsələləri üzrə müzakirələr keçirilib.

 

ADA Universitetində təşkil olunmuş tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər iştirak ediblər. Tədbirin birinci sessiyasında çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə müzakirələrin məcburi köçkünlərə dair məlumatların daha da təkmilləşdirilməsi və bu sahədə  boşluğun   müəyyənləşdirilməsi məqsədi daşıdığını bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında hazırlanmış Böyük Qayıdışa dair Dövlət Proqramının icrası məcburi köçkünlərin doğma yurd yerlərinə könüllü, təhlükəsiz və ləyaqətlə geri dönmək istəyini gerçəkləşdirir. Böyük Qayıdışı davamlı prosesdir, onun effektiv təşkilində mükəmməl məlumat bazasının formalaşdırılması mühüm şərtdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vahid məlumat bazasının təkmilləşdirilməsi istiqamətində müntəzəm iş aparılır.

 

İki sessiya, qrup və plenar müzakirələrindən ibarət tədbirda məcburi köçkünlərlə bağlı hazırlanacaq məlumat bülleteninin mövzu istqamətləri, məlumat mənbələri, mövcud boşluqlar, həll yolları müzakirə edilib. Müzakirə iştirakçılarını maraqlandıran suallar Dövlət Komitəsinin nümayəndələri tərəfindən cavablandırılıb, zəruri izahatlar verilib. Müzakirələrdən sonra təklif olunan həll yollarının təqdimatı keçirilib, tövsiyələr verilib. İki gün davam edən tədbir məcburi köçkünlər haqqında məlumatların əldə edilməsi üçün müəyyən əlavə və dəyişikliklər təklif olunub, potensial məlumat axını və ADA Universitetinin sorğusu üçün əlavə mövzular müəyyən edilib. Xatırladaq ki, tədbir İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilib. 

 

 

 

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib