"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1875
Keçmiş məcburi köçkünlər üçün mina təhlükəsinə dair təlimlər keçirilib
Tədbirlər 28 Avqust, 2024

Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı  6 saylı qəsəbədə və Bərdə rayonunda 588 keçmiş məcburi köçkün ailəsi üçün salınmış qəsəbədə "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina təhlükəsinə dair təlim keçirilib. Təlim Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşlığı çərçivəsində təşkil edilib.

AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyət tərəfindən “Qapı-qapı” formatında keçirilən təlimlərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində geri qayıdacaq sakinlər arasında mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığı artırmaq, mümkün risk faktorunu minimuma endirməkdir. Təlimçilər hər bir evə və mənzilə gedərək sakinlərə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar.

Təlimlər zamanı qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri barədə ətraflı məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb. Ümumilikdə, gün ərzində Bərdə və Biləsuvar rayonlarında 2000-dən çox məcburi köçkün maarifləndirilib.

Xatırladaq ki, buna qədər təlimlər mərhələli şəkildə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində, həmçinin yataqxanalarda, inzibati binalarda və yarımtikililərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər, Füzuli şəhərinə yeni köçürülmüş sakinlər üçün təşkil edilib.  

Mina və PHS təhlükəsi ilə bağlı bu ilin avqust ayınadək keçirilən maarifləndirici təlimlərə 23 mindən çox məcburi köçkün cəlb olunub. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur.

 

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib