"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3336
Təlimlərə cəlb olunmuş məcburi köçkün ailəsi mina təhlükəsini necə aradan qaldırdı?
Tədbirlər 09 Avqust, 2024

Böyük Qayıdış proqramı çərçivəsində bu il Füzuli şəhərinə köçürülmüş Cəfərovlar ailəsinin üzvləri yaxın qohumları ilə birlikdə səyahətə çıxdıqları Xocavənd rayonunun Azıx kəndi yaxınlığında avtomobil yolunun kənarında tank əleyhinə mina aşkar edib və bu barədə dərhal müvafiq qurumlara məlumat veriblər. Qısa müddətdə hadisə yerinə gələn ANAMA əməkdaşları tank əleyhinə 2 ədəd minanı zərərsizləşdirə biliblər.

Məhz mina təhlükəsizliyi ilə bağlı aparılan maarifləndirmə tədbirləri Cəfərovlar ailəsinin üzvlərinə mümkün faciənin qarşısını almaq imkanı yaradıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə əsas işğaldan azad olunmuş ərazilərə geri qayıdan əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən çoxsaylı tədbirlər çərçivəsində  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) birgə təşkilatçılığı və əməkdaşlığı, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərinə köçürülən məcburi köçkün ailələri mina təhlükəsizliyi ilə bağlı maarifləndirici təlimlərə cəlb  ediliblər.

Bu təlimlərdə iştirakçılara minaların növləri, formaları, yerləşdirilmələri, eləcə də qarşılaşdıqları hallarda necə davranmalı olmaları və təhlükəsizlik tədbirləri barədə lazımi məlumatlar açıqlanıb. Təlimlərin sonunda iştirakçılara qeyd olunanları özündə əks etdirən məlumatlandırıcı broşürlar paylanıb.

Cəfərovlar ailəsinin üzvü Xuraman xanım üzləşdikləri təhlükənin necə aradan qaldırıldığı barədə danışarkən deyib ki, torpaq qatı altında üzəri açılmış iki ədəd yad əşya gördükdə onların mina olduğunu dərhal anlayıb, bu sahədə  məlumatlı olduqları üçün həyəcan keçirməyib və təlimlər zamanı öyrəndikləri təlimata uyğun davranıblar. Bu isə böyük bir təhlükənin baş verməsinin qarşısını almağa imkan yaradıb.  

Xatırladaq ki, Füzuli şəhərində bu ilin iyul-avqust ayları ərzində mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirlərinə 1100-dən çox sakin cəlb olunub. Ümumilikdə isə, müvafiq təlimlər  20 mindən çox məcburi köçkünü əhatə edib.  

Məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə təlimlərin silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur.

 

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib