"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3708
Bu il ərzində 24 mindən çox məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
Tədbirlər 08 Oktyabr, 2024

Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi, Ağdam rayonu Baharlı qəsəbəsi, o cümlədən Sumqayıt şəhəri ərazisində yerləşən yataqxana və məcburi köçkün qəsəbələrində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina təhlükəsinə dair təlim keçirilib. Təlim Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, ANAMA və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşlığı çərçivəsində təşkil edilib. AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyət tərəfindən “Qapı-qapı” formatında keçirilən təlimlərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində geri qayıdacaq sakinlər arasında mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığı artırmaq, mümkün risk faktorunu minimuma endirməkdir. Təlimçilər hər bir evə və mənzilə gedərək sakinlərə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar. Təlimlər zamanı qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri barədə ətraflı məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb. Ümumilikdə, həftə ərzində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi, Ağdam rayonu Baharlı qəsəbəsi, o cümlədən Sumqayıt şəhəri ərazisində yerləşən yatqxana və məcburi köçkün qəsəbələrində 2000-dən çox məcburi köçkün maarifləndirilib. Xatırladaq ki, buna qədər təlimlər mərhələli şəkildə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində, həmçinin yataqxanalarda, inzibati binalarda və yarımtikililərdə, Füzuli şəhərinə yeni köçürülmüş sakinlər üçün, həmçinin Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı  6 saylı qəsəbədə və Bərdə rayonunda 588 saylı keçmiş məcburi köçkün ailəsi üçün salınmış qəsəbədə də təşkil edilib. Mina və PHS təhlükəsi ilə bağlı bu ilin oktyabr ayınadək keçirilən maarifləndirici təlimlərə 24 mindən çox məcburi köçkün cəlb olunub. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, təlim prosesi oktyabr ayının ikinci həftəsindən etibarən Sumqayıt rayonu ərazisində kompakt məskunlaşmış digər yerlərdə də davam etdirilir.

 

 

25 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
23 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
18 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
18 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
18 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
18 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
16 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
22 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
21 May, 2026 / Tədbirlər Rəsmi yazışmalarda ədəbi dil normalarının tətbiqinə dair təlim keçirilib
21 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
19 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
14 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
13 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
07 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib