"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3584
Dövlət Komitəsi Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birgə dəyirmi masa təşkil edib
Tədbirlər 01 Avqust, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, mərkəzin mütəxəssisi, Real FM-in baş aparıcısı Kəmalə Mustafayeva, dövlət komitəsinin rəhbərliyi və əməkdaşları iştirak edib.

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Vüqar Nəsirov bildirib ki, dövlət dilinin saflığının qorunması, dilçilik elminin nәzәriyyәsi və praktikasının inkişafı ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olub. Bu istiqamətdə qanunvericilik bazası formalaşdırılıb, Dövlət Proqramı qəbul edilib. Həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının dövlət dilinin qorunması və inkişafına imkan yaradıb. Qeyd edilib ki, hər bir vətəndaş dövlət dilindən düzgün istifadə ilə bağlı tələblərə əməl etməlidir. Bu günkü tədbirin Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə keçirilməsinin də məqsədi dildən düzgün istifadə qaydalarını, normalara əməl edilməsi, dilimizə yeni daxil olmuş sözlərin istifadə formaları  ilə bağlı dövlət qulluqçularını maarifləndirməkdir.

Daha sonra Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva çıxış edərək vurğulayıb ki, Azərbaycan dili aid olduğu türk dili qrupunda digər dillərdən öz zənginliyi ilə seçilir. Prezident İlham Əliyevin gənc nəslin ana dilində ödənişsiz təhsil almaları, bu dildə səlis danışmaları və ölkə hüdudlarından kənarda da dövlət dilindən sərbəst istifadə edə bilmələri üçün misilsiz xidmətlər göstərdiyi onun tərəfindən diqqətə çatdırılıb. Qeyd olunub ki, Ali Baş komandanın nitqi Vətən müharibəsində qələbənin, zəfərin dili oldu.

Eyni zamanda bildirilib ki, mərkəz tərəfindən monitorinqlər davam etdirilir, media subyektlərində dildən doğru və düzgün istifadə edilməsi, aparıcıların nitqinin səlis olması, ana dilindən düzgün istifadə qaydaları istiqamətində mütəmadi işlər aparılır, hesabatlar hazırlanır.

Mərkəzin mütəxəssisi, Real FM-in baş aparıcısı Kəmalə Mustafayeva dövlət qurumlarının nümayəndələrinin müsahibə və verilişlərdə çıxışları zamanı dövlət dilinin normalarına əməl edilməsi, nitqini düzgün qurulması ilə bağlı tövsiyələr verib.

Tədbir komitə əməkdaşları və Monitorinq Mərkəzinin mütəxəssislərinin müzakirələri ilə davam edib. Birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbir 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar keçirilib.

 

 

26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib
13 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsində xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası ilə bağlı təlim təşkil edilib
06 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Köçürüləcək əhalinin siyahılaşdırılması” mövzusunda təlim keçirilib
05 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Qayıdış prosesində əhalinin adaptasiyası ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunda təlim keçirilib
04 Noyabr, 2025 / Tədbirlər Zəngilan şəhər sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib