"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 90
Dövlət Komitəsinin nümayəndələri İstanbulda sərgidə iştirak ediblər
Tədbirlər 25 Dekabr, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri “Xarıbülbül” Azərbaycan Vizyon Teatrı tərəfindən "Biz birlikdə güclüyük” layihəsi çərçivəsində Türkiyənin İstanbul şəhərində təşkil olunmuş sərgidə iştrak ediblər. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində keçirilən sərgidə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planını çərçivəsində komitənin hazırladığı təbliğat-məlumatlandırma işləri nümayiş olunub. Sərgi iştirakçılarına çatdırılıb ki, Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı göstərilir, onlarla bağlı məsələlərin həllinə Prezident İlham Əliyev xüsusi diqqət yetirir. Məcburi köçkün həmvətənlərimizə qayğı, onların müraciətlərinə operativ baxılması və həll edilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində əsas istiqamətlərdəndir. Türkiyə-Azərbaycan Dərnəklər Federasiyası sədrinin müavini, Türkiyədə Azərbaycan diasporunun təmsilçisi Pərviz Məmmədzadə çıxışında qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirir.  O, Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları ilə bağlı layihələrin daha çox sayda və daha yüksək səviyyədə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov Böyük Qayıdış mövzusunda hazırlanmış videçarxlar barədə məlumat verərkən deyib: “Biz burada nümayiş olunan videoçarxlarla işğaldan qurtarılmış  torpaqlarda həyatın necə yenidən canlandığını, uşaqların sevinc dolu gözlərini, insanların quruculuq işlərindəki əzmini əks etdiririk. Bu, sadəcə, yaşayışın bərpası deyil, həm də xalqın öz ruhunu və mənəvi dəyərlərini torpaqlarında yenidən canlandırmasıdır. Qarabağ bu gün təkcə bizim deyil, gələcək nəsillərin də mədəniyyət mərkəzi, vətən sevgisinin simvoludur”. Azərbaycanda məcburi köçkünlərin həyatı və yaşayış şəraiti, işğaldan azad edilmiş ərazilər və həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri, doğma torpaqlara Böyük Qayıdış ilə bağlı videoçarxlar sərgi iştirakçılarında böyük maraq doğurub. Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü, Laçın rayonundan məcburi köçkün Elnarə Rəsulovanın yaradıcılıq işlərindən nümunələr, o cümlədən xalçalar və antik əşyalar da nümayiş olunub. Xatırladaq ki, ötən il Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə məcburi köçkünlərin hazırladığı “Bura mənim evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art qısa film festivalının mükafatına layiq görülüb. Həmçinin ötən ilin may ayında Türkiyənin İzmir şəhərində keçirilən “Qızıl alma” Beynəlxalq Turan Film Festivalında Qarabağdan olan məcburi köçkünlər haqqında həqiqətlərin dünyaya çatdırılmasında fəal iştirakı əsas götürülərək Dövlət Komitəsinin nümayəndələri festivalın “İnsan haqlarına töhfə” mükafatına layiq görülüb.

 

13 Dekabr, 2024 / Tədbirlər Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
29 Noyabr, 2024 / Tədbirlər Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması məqsədi ilə tədbir keçirilib
18 Noyabr, 2024 / Tədbirlər “Sülh və Firəvanlıq üçün Ekoloji Körpü” adlı forum keçirilib
08 Oktyabr, 2024 / Tədbirlər Bu il ərzində 24 mindən çox məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
02 Oktyabr, 2024 / Tədbirlər Vahid aylıq müavinətə dair maarifləndirmə tədbirləri davam etdirilir
26 Sentyabr, 2024 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
18 Sentyabr, 2024 / Tədbirlər Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb
28 Avqust, 2024 / Tədbirlər Keçmiş məcburi köçkünlər üçün mina təhlükəsinə dair təlimlər keçirilib
09 Avqust, 2024 / Tədbirlər Təlimlərə cəlb olunmuş məcburi köçkün ailəsi mina təhlükəsini necə aradan qaldırdı?
01 Avqust, 2024 / Tədbirlər Dövlət Komitəsi Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birgə dəyirmi masa təşkil edib
01 Avqust, 2024 / Tədbirlər Füzuliyə yenicə köç edən sakinlərə ilk dəfə mina təhlükəsi ilə bağlı təlim keçirilib
24 İyul, 2024 / Tədbirlər Laçında yaşıl enerji zonasına dəstək tədbiri keçirilib
10 İyul, 2024 / Tədbirlər Məcburi köçkünlərin reinteqrasiyaya hazırlanması birgə əməkdaşlığın prioritet istiqaməti ola bilər
28 İyun, 2024 / Tədbirlər Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimat mərasimi keçirilib
26 İyun, 2024 / Tədbirlər Silahlı Qüvvələr Gününə həsr olunmuş fləşmob
15 İyun, 2024 / Tədbirlər Milli Qurtuluş Günü ilə bağlı fləşmob
05 İyun, 2024 / Tədbirlər Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş fotosərgi təşkil edib
23 May, 2024 / Tədbirlər Dövlət Komitəsində “Şuşa qalası” broşürlar seriyasının təqdimatı keçirilib
21 May, 2024 / Tədbirlər 5000-dən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
17 May, 2024 / Tədbirlər “Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb