"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 612
Amerika Universitetinin professorunun kitabı ilə bağlı dəyirmi masa müzakirələri keçirilib
Tədbirlər 17 Dekabr, 2024

 

Qərbi Azərbaycandakı tarixi torpaqlarından azərbaycanlıların məcburi departasiyası, əslində, etnik təmizlənməsi ötən yüzillikdə dörd mərhələdə həyata keçirilib və həmin ərazidə monoetnik erməni dövlətinin yaradılması, onun ərazisinin genişləndirilməsi məqsədi daşıyıb. Dəhşətli cinayətlərlə, qəddarlıq və vəhşiliklərlə müşayiət olunun kütləvi köçürülmə kampaniyaları arasındakı dövrlərdə də azərbaycanlı əhaliyə qarşı təxribatlar, mənəvi-fiziki təzyiqlər davam etdirilib. Bu barədə tarixi həqiqətlərin daha fəal şəkildə beynəlxalq ictimaiyyətə, həmçinin xalqımızın gənc nəsillərinə çatdırılması vacibdir. ABŞ-də yaşayan və orada elmi-pedaqoji fəaliyyətlə məşğul olan siyasətşünas alim Əli Əskərin “Etnik təmizləmənin dörd mərhələsi” kitabı da belə mühüm bir missiyanı yerinə yetirir. Kitab orijinalı ingilis dilində olan monoqrafiyadan ixtisarla tərcümə edilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kitabın müəllifi ilə görüş keçirilib. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransın iştirakçılarına müraciətini xatırladan Dövlət Komitəsinin sədri Rövşən Rzayev  xalqımızın əsrlər boyu öz dədə-baba torpaqlarında yaşayaraq, zəngin mədəni irs yaratdığını vurğulayıb. O yerlərə əsl sahiblərinin – azərbaycanlıların qayıdacağı barədə Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi fikirlərə istinad edən komitə sədri xalqımızın tarixi yaddaşının buna əsas verdiyini bildirib. Vətənpərvər alim kimi Əli Əskərin də məhz milli mənəvi irsdən və tarixi yaddaşdan faydalanaraq obyektiv elmi araşdırmalar apardığı, tutarlı faktlar və dəlillərlə erməni millətçilərinə cavab verdiyi qeyd edilib. Müəllif görüşdəki çıxışında məcburi deportasiyaya məruz qalmış bir ailənin övladı olaraq bu mövzunu araşdırmağı, tarixi həqiqətlərin açılmasına erməni tarixçilərinin və publisistlərinin öz etirafları əsasında nail olmağı qarşıya məqsəd qoyduğunu deyib. Bildirib ki, azərbaycanlılara qarşı ermənilərin apardığı deportasiya siyasəti və genişmiqyaslı zorakılıqlar son nəticədə Qarabağın dağlıq hissəsini Azərbaycandan ayıraraq, Ermənistana birləşdirmək cəhdləri ilə sıx bağlı olub. Kitabda bu tezis ətraflı şəkildə şərh edilir. Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış məsələsinə göstərdiyi həssas münasibəti yüksək qiymətləndirən Əli Əskər dövlətimizin güclü dəstəyi sayəsində Qərbi Azərbaycan İcmasının fəal və səmərəli iş apardığını vurğulayıb. Görüşdə kitabın tarixi əhəmiyyəti, onun nəşrinin Azərbaycan cəmiyyətinin, xüsusən gənclərin maarifləndirilməsi baxımından vacibliyi bir daha qeyd edilib. Görüşdə komitə əməkdaşları ilə yanaşı əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı da iştirak edib. Ertəsi günü isə müəllifin həmyerliləri, Amasiya rayonunun Qaraçanta kəndi icmasının üzvləri paytaxtın kütləvi tədbirlər keçirilən məkanlarından birində kitabın müzakirəsinə yığışıblar. Əli Əskər onunla görüşə gəlmiş icma üzvlərinə həm Qərbi Azərbaycandan soydaşlarımızın məcburi deportasiyası ilə bağlı apardığı araşdırmalar, həm də diaspor fəaliyyəti haqqında məlumat verib. İcma üzvləri doğma yerlərlə bağlı xatirələrini bölüşüb, kitabla bağlı fikirlərini, təəssüratlarını səsləndiriblər. Xatırladaq ki, kitab Qaçqınların və Məcburi Köçünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının icrası çərçivəsində təbliğat və məlumatlandırma məqsədi ilə hazırlanıb və nəşr olunub. 

 

 

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib