"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1035
Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
Tədbirlər 23 Noyabr, 2023

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin dəstəyi ilə “Gələcək indi” konsept ideyası ilə Təhsil Menecmenti Zirvəsi təşkil edilib. Dövlət qurumlarının nümayəndələrinin, qabaqcıl təhsil müəssisələrinin rəhbərlərinin, elmi işçilərin, ictimai fəalların iştirakı ilə keçrilən tədbir üç paneldən ibarət olub. Panel müzakirələrində gənc nəslin təhsili, düzgün peşə və ixtisas seçimi, bu sahədə beynəlxalq təcrübə, praktik zəkaların formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində dövlət və qeyri-dövlət sektorlarının əməkdaşlığı məsələlərinə diqqət yetirilib, dünya ölkələri təhsil sistemində istifadə edilən yeni metodologiya və terminlər təhlil edilib.

 

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov tədbirin açılışında bildirib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış – dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya  Azərbaycanın 2030-cu ilə kimi icra edilməli olan sosial-iqtisadi inkişafının beş milli prioritetindən biridir. Məhz bu əsada Böyük Qayıdışa dair I Dövlət Proqramı  qəbul olunub və icra edilir. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasını şəxsən nəzarətdə saxlayır, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə həmin ərazilərdə mütəmadi səfər edir, müəyyənləşdirilmiş tədbirlərin icra vəziyyəti ilə yerində tanış olur.

 

Qeyd olunub ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planında yenidən qurulan Qarabağ və Şərqi Zəngəzurda təhsil müəssisələrinin yaradılması da əsas vəzifələrdən biri kimi müəyyən edilib. Ərazilərimizin işğal altında saxlanıldığı dövrdə 1000-dən artıq təhsil müəssisəsinin dağıdıldığı vurğulanıb. Prezident İham Əliyevin tapşırıqlarına müvafiq olaraq bərpa-quruculuq işləri təhsil müssisələrini də əhatə edir, bərpası aparılan hər bir rayonda yeni məktəblər inşa olunur. “Gələcək indi” konsept mesajı ilə keçirilən Təhsil Menecmenti Zirvəsinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlərə də töhfəsini verəcəyinə əminlik ifadə olunub.

 

ADA Universitetinin dosenti və “Qarabağa Dönüş” təşkilatının sədr müavini Gülməmməd Məmmədov çıxışı zamanı ölkədə ilk dəfə keçirilən Təhsil Menecmenti zirvəsinin vacibliyindən danışıb. “İqtisadiyyat və sənayedən gələn ehtiyaclar təhsilin əsas hədəf və meyarlarını müəyyən edir,” - deyən G.Məmmədov bu yöndə işğaldan azad edilmiş ərazilərdə təhsil infrastruktunun yenidən qurulduğuna diqqət çəkib. Bildirib ki, təhsil sistemində qabaqcıl metodları olan ölkələrin metodologiyalarının Azərbaycanda tətbiq edilməsi vacibdir. Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrindən ali təhsil müəssisələrinədək bu yeniliklərdən istifadə edən kifayət qədər tədris ocaqları fəaliyyət göstərir və bu kimi qurumların sayı günün tələblərinə müvafiq olaraq hər keçən gün artmaqdadır.

 

Tədbir auditoriyanın suallarının cavablandırılması ilə davam edib.

 

Zirvə musiqili-əyləncə hissəsi ilə davam edib.

 

Qeyd edək ki, 200-dən çox şəxsin qatıldığı tədbirin hər üç paneli qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

 

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib