"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
XƏBƏRLƏR
Çap et 90
Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşları qəbul edib
Görüşlər 23 November, 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev noyabrın 23-ü Ağdamda vətəndaşları qəbul edib.

 

Qəbulda Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşlar iştirak ediblər ki, onların da əksəriyyəti həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.

 

Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdışa hazırlıq məsələləri üstünlük təşkil edib.

 

Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda bir daha xatırladılıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha sürətləndiriləcəkdir. Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcəklər.

 

Zəngilan rayonunda "ağıllı kənd" konseptində salınan Ağalı kəndinə qayıdışın ilk mərhələsinin başa çatdığı, bu mərhələdə kənddə 41 məcburi köçkün ailəsinin yerləşdirildiyi qeyd edilib. Bildirilib ki, Ağalıya əhalinin köçürülməsi davam etdiriləcək.

 

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan digər məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

23 November, 2022 / Görüşlər Dövlət Komitəsində GİZ-in Avropa üzrə rəhbəri ilə görüş keçirilib
22 November, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
15 November, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
28 October, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları qəbul edib
25 October, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 October, 2022 / Görüşlər Dövlət Komitəsində Moldova naziri ilə görüş olub
18 October, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
11 October, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 October, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
29 September, 2022 / Görüşlər A meeting was held with the officials of the IOM in the State Committee
27 September, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 September, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
16 September, 2022 / Görüşlər The Chairman of the State Committee met with the Ambassador Extraordinary and Plenipotentiary of the Federal Republic of Germany to our country
09 September, 2022 / Görüşlər The Chairman of the State Committee received citizens in Shaki
08 September, 2022 / Görüşlər A meeting with war veterans was held at the State Committee
08 September, 2022 / Görüşlər There was a meeting with a Japanese philanthropist at the State Committee
06 September, 2022 / Görüşlər The next reception of citizens was held in the State Committee
30 August, 2022 / Görüşlər Chairman of the State Committee received citizens
23 August, 2022 / Görüşlər Chairman of the State Committee met with citizens
16 August, 2022 / Görüşlər Chairman of the State Committee met with citizens