"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 3371
Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
Görüşlər 18 March, 2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev martın 18-də Siyəzən rayonunda vətəndaşları qəbul edib.

Qəbulda Siyəzən, Şabran və Xaçmaz rayonlarının sakinləri iştirak ediblər ki, onların da əksəriyyəti həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdışa hazırlıq məsələləri üstünlük təşkil edib.

Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda bir daha xatırladılıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha sürətləndiriləcəkdir. Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcəklər.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan digər məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

21 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
14 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
07 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
01 April, 2026 / Görüşlər The next meeting of the Public Council under the State Committee has been held
17 March, 2026 / Görüşlər The Chairman of the State Committee receives citizens in Jabrayil
16 March, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 March, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
03 March, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
24 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
23 February, 2026 / Görüşlər Appeals of former internally displaced persons were heard in Shirvan
20 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
17 February, 2026 / Görüşlər The first meeting of the Public Council this year has been held
10 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
03 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
29 January, 2026 / Görüşlər The Chairman of the State Committee received citizens in Goychay
28 January, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 January, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 January, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 December, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 December, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib