"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 257
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirilib
Tədbirlər 15 May, 2023

Bakının Qaradağ rayonunun “Qobu Park 2” yaşayış kompleksindəki məktəbin idman zalında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının və “Hünər” idman klubunun təşkilatçılığı ilə, məcbui köçkün məktəblilər arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirilib.

 

Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra ulu öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev açılış mərasimindəki çıxışında Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərini qeyd edib, ölkəmizə rəhbərliyinin hər iki dövründə idmanın və bədən tərbiyəsinin inkişafına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Prezident İlham Əliyevin bu strateji xətti uğurla davam etdirdiyi, əhalinin, o cümlədən uşaq və gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün hər yerdə əlverişli şərait yaradıldığı, idmançılarımızın böyük nailiyyətlər qazandığı, həmçinin Azərbaycanın dünyada ən mötəbər yarışların keçirildiyi idman ölkəsi kimi tanındığı vurğulanıb. Məcburi köçkün ailələrinin övladlarının da müxtəlif idman növləri ilə məşğul olduqları və uğurlu nəticələr göstərdikləri diqqətə çatdırılıb.

 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə, o cümlədən bu ailələrdən olan uşaqların və yeniyetmələrin fiziki və mənəvi sağlamlığının qorunmasına həssaslıqla yanaşdığı, onların təhsilinə, mədəni inkişafına hərtərəfli dəstək verdiyi qeyd olunub.

 

Bildirilib ki, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə idmanın və bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi məqsədilə zəruri qurğu və meydançalar yaradılıb, müxtəlif idman növləri üzrə bölmələr fəaliyyət göstərir.

 

Turnir 6-15 yaşlı uşaqlar arasında 5 yaş qrupu və bir neçə çəki dərəcəsi üzrə keçirilib. Yarışda müxtəlif klubları təmsil edən 50 nəfər idmançı mübarizə aparıb. Turnirin məqsədi uşaqlara və yeniyetmələrə cəldlik və dözümlülük kimi vacib keyfiyyətlər aşılayan fullkontakt kyokuşin karate idman növünə marağı artırmaq, fiziki sağlam gənclərin yetişməsinə dəstək olmaqdır.

 

Turnirdə Azərbaycan Kyokuşin Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov, “Huner Group”un təsisçisi və direktoru Ehtiram Quliyev və digər şəxslər iştirak ediblər.

 

Turnirin sonunda qaliblərə medallar və sertifikatlar təqdim olunub.

23 May, 2023 / Tədbirlər Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə tədbirləri keçirilib
10 May, 2023 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
02 May, 2023 / Tədbirlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
26 Aprel, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
14 Aprel, 2023 / Tədbirlər Dövlət Komitəsində Başlıbel faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
12 Aprel, 2023 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
11 Aprel, 2023 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
17 Mart, 2023 / Tədbirlər Məcburi köçkünlərin sosial sahibkarlıq brendləri təqdim olunub
16 Mart, 2023 / Tədbirlər Talış kəndinə 20 ailə köçürülüb
03 Mart, 2023 / Tədbirlər Ağalıda məskunlaşmış sakinlərin sayı 420-yə çatıb
28 Fevral, 2023 / Tədbirlər Daha 10 ailə doğma yurda köçürüldü
27 Fevral, 2023 / Tədbirlər Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı keçirilib
16 Fevral, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
03 Fevral, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Yanvar, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
25 Yanvar, 2023 / Tədbirlər Dayanıqlı və davamlı icma quruculuğu konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib
18 Yanvar, 2023 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
28 Dekabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
16 Dekabr, 2022 / Tədbirlər “Mina təhlükəsi” mövzusunda maarifləndirici təlim keçirilib
08 Dekabr, 2022 / Tədbirlər Gender zorakılığına qarşı mübarizəyə həsr olunmuş tədbirlər keçirilib