"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1911
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb
Tədbirlər 17 MAY, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Böyük Qayıdış arzuları” kompozisiyası Bakıda ilk dəfə təşkil edilən Təchizat Zənciri Liderləri Zirvəsi işriakçılarının böyük marağına səbəb olub. Ölkəmizdə fəaliyyət göstərən 44 şirkətdən 600-ə yaxın mütəxəssisin iştirak etdiyi tədbir Bakıda “Gülüstan” sarayında keçirilib.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində aparılan vüsətli bərpa-quruculuq işlərinin ölkəmizdə təchizat zəncirinin coğrafiyasını, logistika imkanlarını daha da genişləndirdiyi, tezliklə gerçəkləşəyinə böyük ümid bəslənilən “Zəngəzur dəhlizi”nin  bu prosesin inkişafına mühüm təsir göstərəcəyi qeyd olunub. Bildirilib ki, Böyük Qayıdışa dair  I Dövlət Proqramının icrası, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrində keçmiş məcburi köçkünlərin daimi məskunlaşdırılması və iqtisadi fəaliyyətə inteqrasiyası təchizat zəncirinin rəqəmsal imkanlarının artırılmasını aktuallaşdırır.

Tədbir iştirakçıları Gülüstan sarayının foyesində Dövlət Komitəsinin nümayiş etdirdiyi  “Böyük Qayıdış arzuları” kompozisiyasına yaxınlaşaraq, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının başlanması ilə bağlı arzularını xüsusi kağız parçalarına yazaraq, oradakı stenddə işğaldan azad edilmiş ərazilərin coğrafi xəritəsini dövlət bayrağımızın üç rəngində əks etdirən təsvirin üzərinə yapışdırıblar. Onlar, həmçinin, komitənin müraciəti ilə Müdafiə Nazirliyinin ayırdığı və stendin yanında dayanmış iki nəfər xüsusi təyinatlı hərbçi ilə fotoşəkil çəkdiriblər. Böyük Qayıdışa inam, vətənpərvərlik ruhu aşılayan kompozisiyaya yüksək qiymət verən tədbir iştirakçıları təbliğat-təşviqat məqsədilə çəkilən videoçarx üçün müsahibələr də veriblər.     

Tədbirdə, həmçinin, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərindən, sakinlərin doğma yurda qayıdışı və uyğunlaşması prosesindən bəhs edən videoçarxlar da nümayiş olunub.

24 JULY, 2024 / Tədbirlər Laçında yaşıl enerji zonasına dəstək tədbiri keçirilib
10 JULY, 2024 / Tədbirlər Məcburi köçkünlərin reinteqrasiyaya hazırlanması birgə əməkdaşlığın prioritet istiqaməti ola bilər
28 JUNE, 2024 / Tədbirlər Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimat mərasimi keçirilib
26 JUNE, 2024 / Tədbirlər Silahlı Qüvvələr Gününə həsr olunmuş fləşmob
15 JUNE, 2024 / Tədbirlər Milli Qurtuluş Günü ilə bağlı fləşmob
05 JUNE, 2024 / Tədbirlər Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş fotosərgi təşkil edib
23 MAY, 2024 / Tədbirlər Dövlət Komitəsində “Şuşa qalası” broşürlar seriyasının təqdimatı keçirilib
21 MAY, 2024 / Tədbirlər 5000-dən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
09 MAY, 2024 / Tədbirlər “Here is my home” film was screened in Izmir
08 MAY, 2024 / Tədbirlər The State Committee has been awarded another international prize
27 April, 2024 / Tədbirlər Drawing held among families to be relocated to Sus Village, Lachin District
26 April, 2024 / Tədbirlər A Board Meeting was Held at the State Committee
26 April, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
23 April, 2024 / Tədbirlər
19 April, 2024 / Tədbirlər Training on Mine Hazards Held for Over 1500 Former Internally Displaced Persons
17 April, 2024 / Tədbirlər An election was held for the United Trade Union Committee of the State Committee for Affairs of Refugees and Internally Displaced Persons
16 April, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 April, 2024 / Tədbirlər Initial first aid training has been provided for the employees of the State Committee
19 March, 2024 / Tədbirlər A flash mob dedicated to the Great Return took place
05 March, 2024 / Tədbirlər A tree planting campaign took place in Zabukh