"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1620
Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb
Tədbirlər 18 September, 2024

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsi” layihəsinin icrasına başlanılıb. Bununla əlaqədar olaraq, ADA Universitetində dövlət qurumlarının və təşkilatların, Milli Məclisin deputatlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, yerli və xarici ekspertlərin iştirakı ilə “dəyirmi masa” müzakirəsi keçirilib.

 

Layihə rəhbəri – ADA universitetinin prorektoru Fariz İsmayılzadə layihənin istiqamətləri haqqında məlumat verib. Bildirilib ki, bura Azərbaycanda məcburi köçkünlərlə bağlı məlumatların toplanması və təhlili üçün keyfiyyət və kəmiyyət metodologiyaları əsasında ümumi və eləcə də məqsədli sorğuların keçirilməsi, inteqrasiya və hədəf qruplarında müzakirələrin aparılması, məcburi köçkünlərin qayıdışını formalaşdıran şərtləri və stimulları öyrənən yeni məlumat alətlərinin işlənib hazırlanması və mövcud potensialın gücləndirilməsi, Böyük Qayıdış üçün məcburi köçkünlər barədə məlumat mənbələrinin təkmilləşdirilməsi (əməliyyat, inzibati, statistik) və bununla bağlı qabaqcıl təcrübənin öyrənilməsi, təlimlərin keçirilməsi daxildir.

 

Layihənin elmi rəhbəri - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmələri doktoru, professor Nazim İmanov bundan öncə məcburi köçkünlərlə keçirilən layihələr haqqında məlumat verib. Qeyd edilib ki, dəyirmi masanın keçirilməsində məqsəd Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsindən ötrü müvafiq qurumların ehtiyaclarının öyrənilməsi, keçiriləcək sorğuların daha da təkmilləşdirilməsi üçün fikir mübadiləsinin aparılmasıdır. 

 

Layihənin koordinatoru Rəsmiyyə Abdullayeva bildirib ki, layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə ADA Universiteti tərəfindən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun iştirakı ilə icra edilir. Əsas məqsəd Böyük Qayıdışla bağlı həyata keçirilən tədbirlərin effektivliyinin artırılmasına, köçürülmənin təşkili üzrə proqnozların hazırlanmasına imkan yaradan zəruri məlumatların toplanılması və işlənməsi üsullarının təkmilləşdirilməsinə nail olmaqdır.

 

“Dəyirmi masa” iştirakçıları çıxış edərək layihə haqqında fikirlərini bildirib, təkliflərini səsləndirib və layihənin tərəfdaşlarına suallarını ünvanlayıblar.

 

Müzakirələrdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparat rəhbərinin müavini Vüqar Nəsirov, sədrin müşaviri Nəsimi Nərimanov və digər struktur bölmələrin rəhbərləri iştirak edib, səsləndirilən rəy və təkliflərlə bağlı geniş izahat verib, sualları cavablandırıblar.

 

 

08 MAY, 2026 / Tədbirlər An event dedicated to the 103rd anniversary of the birth of National Leader Heydar Aliyev was held at the State Committee
30 April, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 April, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 April, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 April, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 April, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 April, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 April, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 March, 2026 / Tədbirlər Residents of the cities of Khojaly and Khojavand, as well as the villages of Khojavand, Seyidbeyli, and Horovlu, have been informed about social protection measures and mine safety.
26 February, 2026 / Tədbirlər A commemorative event marking the 34th anniversary of the Khojaly genocide was held at the State Committee
26 February, 2026 / Tədbirlər State Committee’s staff visited the Khojaly Genocide Memorial
26 January, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 December, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 December, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 December, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 December, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib