"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 4076
Dövlət Komitəsi Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birgə dəyirmi masa təşkil edib
Tədbirlər 01 August, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) birgə əməkdaşlığı çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda daha bir təlim keçirilib. İyul ayında növbəti dəfə təşkil edilən təlim Füzuli rayonuna köçürülmüş və dayanıqlı məskunlaşması təmin edilən sakinlər arasında olub. Maarifləndirici təlimlərin keçirilməsində əsas məqsəd İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PSD) bağlı məlumatlılığının artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir. 

AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyət bu dəfə Füzuli şəhərinə səfər edib. Təlimçilər “Qapı-qapı” sessiyası çərçivəsində mənzillərə gedərək hər bir ailəyə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar.

Təlimlərin zamanı qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar barədə ətraflı məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri  xatırladılıb.

Xatırladaq ki, ilk mərhələdə təlimlər Bakı şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Qaradağ rayonudakı “Qobu Park” yaşayış kompleksində ayrı-ayrılıqda vətəndaşlar və məktəb yaşlı şəxslər üçün təşkil olunub. Daha sonra bu proses yataqxana, inzibati bina və yarımtikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün davam etdirilib. 

Füzuli şəhərində iyul ayı ərzində mina təhlükəsi ilə bağlı maarifləndirmə həftəsində ümumilikdə 500-dən çox şəxs məlumatlandırılıb.

Ümumilikdə, mina və PSD təhlükəsi ilə bağlı maarifləndirici təlimlərə indiyədək 20 000-dən çox şəxs cəlb edilib. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur.

 

 

06 November, 2026 / Tədbirlər Şanlı Qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya keçirilib
06 November, 2026 / Tədbirlər Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib
05 November, 2026 / Tədbirlər “Zəfər arzuları” adlı sosial aksiya keçirilib
05 November, 2026 / Tədbirlər Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub
04 November, 2026 / Tədbirlər “Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirilib
30 October, 2026 / Tədbirlər YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib
28 October, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
22 October, 2026 / Tədbirlər Deputy Chairman of the State Committee meets with AUL students
19 October, 2026 / Tədbirlər Ağdərə rayonunun Heyvalı kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 October, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 October, 2026 / Tədbirlər Awareness-raising meetings were held with internally displaced persons
13 October, 2026 / Tədbirlər Awareness-raising meetings were held with internally displaced persons
08 October, 2026 / Tədbirlər Awareness-raising meetings were held with internally displaced persons
07 October, 2026 / Tədbirlər Diplomats were briefed on the Great Return process
30 September, 2026 / Tədbirlər Awareness-raising meetings were held with internally displaced persons
25 September, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 September, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 September, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 September, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 September, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib