"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2110
Dövlət Komitəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Tədbirlər 23 Fevral, 2019

Fevralın 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə soyqırımı zamanı hər iki valideynini itirmiş xocalılılar, Bosniya və Hersoqovinanın “Srebrenitsa və Jepa Anklavları Anaları” Assosiasiyasının üzvləri iştirak ediblər. Əvvəlcə Xocalı və Srebrenitsa soyqırımları qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin iki yüz ildən çox müddətdə davam etdiyini, 27 il əvvəl onların törətdiyi Xocalı soyqırımının bu siyasətin ən qanlı səhifələrindən biri olduğunu bildirib. Qeyd edilib ki, beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozan Ermənistan silahlı qüvvələri mühasirədə qalmış dinc əhaliyə amansızcasına divan tutub, şəhərin 613 sakinini qəddarlıqla qətlə yetirib. Diqqətə çatdırılıb ki, soyqırımını törədənlər öz layiqli cəzalarını almalı, beynəlxalq tribunal qarşısında cavab verməlidirlər. Bununla əlaqədar olaraq Srebrenitsada dinc müsəlman əhalinin kütləvi qırğınını təşkil və icra edən hərbi canilərin uzun illər davam edən mühakimələrdən sonra beynəlxalq hərbi tribunal tərəfindən cəzalandırıldıqları xatırladılıb. Dövlət Komitəsinin sədri Xocalı soyqırımına ilk dəfə düzgün siyasi qiymətin verilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, hazırda Prezident İlham Əliyevin apardığı uzaqgörən və qətiyyətli siyasət, Azərbaycanın beynəlxalq nüfuzunun günbəgün artması nəticəsində dünyada Xocalı soyqırımını tanıyan dövlətlərin, bu qanlı cinayəti pisləyənlərin sayı sürətlə artır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada keçirilən “Xocalıya ədalət!” kampaniyası da bu sahədə təsirli və önəmli rol oynayır. Torpaqlarımızın işğal altında olduğunu, BMT-nin qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyini vurğulayan Dövlət Komitəsinin sədri sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə Azərbaycanın öz ərazilərini azad etmək hüququnu gerçəkləşdirəcəyini bildirib. Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir qismini işğaldan azad edib, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçib. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır. Mövcud status-kvo qəbuledilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir. Tədbirdə “Srebrenitsa və Jepa Anklavları Anaları” Assosiasiyasının prezidenti, Srebrenitsa soyqırımında ərini, oğlunu və daha 22 ailə üzvünü itirən Munira Subaşiç çıxış edərək soyqırımı hadisələrinin mahiyyəti və rəhbəri olduğu təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib. Xocalı soyqırımında hər iki valideynini itirmiş uşaqlardan biri – Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənova isə dünya tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının erməni şovinizminin mahiyyətini bir daha aşkara çıxardığını deyərək, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilmədiyini təəssüflə qeyd edib, srebrenitsalı anaları öz imkanları daxilində Xocalıya ədalət hərəkatında fəallıq göstərməyə çağırıb. Görüşdə vurğulanıb ki, soyqırımına məruz qalmış insanların varislərinin, bu hadisələrin şahidlərinin birgə fəaliyyəti və mübarizəsi bəşəriyyətin bu amansız cinayətdən qorunması üçün olduqca vacibdir. Srebrenitsalı analara Xocalı soyqırımı qurbanlarının varisləri adından Dövlət Komitəsindəki görüşdən xatirə olaraq, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan kəlağayısı və Cocuq Mərcanlıya qayıdışın rəmzi olan suvenir təqdim edilib. Anım tədbirində Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib