"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2285
Dövlət Komitəsində Xocavənd rayonunun işğal günü ilə əlaqədar anım tədbiri keçirilib
Tədbirlər 29 Sentyabr, 2018

Sentyabrın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, departament və şöbə rəhbərləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, Xocavənd rayonundan olan ziyalılar, “SABAH” qrupunun xocavəndli tələbələri və Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyunun oğlu Van Kim iştirak ediblər. Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev tariximizin ağrılı səhifələrinin heç zaman unudulmayacağını qeyd edərək, Xocavənd rayonun işğalına səbəb olan amillərdən söz açıb, müstəqilliyin ilk illərində Azərbaycanda ictimai-siyasi böhranın hökm sürdüyünü, səriştəsiz və səbadsız hakimiyyətin respublikanın ərazisinin və əhalisinin təhlükəsizliyini qoruya bilmədiyini diqqətə çatdırıb. Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin qəhrəman sakinləri özünümüdafiə qüvvələri yaradaraq uzun müddət düşmənə müqavimət göstərsələr də, 1992-ci il oktaybrın 2-də erməni silahlıları rayonu işğal ediblər. Onların 1992-ci ilin fevral ayında rayonun Qaradağlı kəndində törətdikləri kütləvi qırğın isə Qarabağda xalqımıza qarşı ilk soyqırımı kimi yaddaşlara əbədi həkk olunub və dünya birliyi tərəfindən hələ də öz hüquqi qiymətini almayıb. Xocavənddən didərgin düşmüş əhalinin diqqət və qayğı ilə əhatə olunmasının Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra mümkünləşdiyini vurğulayan komitə sədri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə güclənən və qüdrətlənən müstəqil dövlətimizin həm məcburi köçkünlərin problemlərinin həlli, həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün ardıcıl və təsirli tədbirlər həyata keçirdiyini bildirib. Qeyd edilib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən iki möhtəşəm hərbi parad ölkəmizin gücünü və dövlətimizin qətiyyətini, ərazi bütövlüyümüzün bərpası üçün bütün imkanlara malik olduğumuzu bir daha göstədi. Bununla belə, Azərbaycan münaqişənin dinc vasitələrlə həllinə tərəfdardır və sülh razılaşmasının əldə edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün səylərini əsirgəmir. O da qeyd edilib ki, digər məcburi köçkünlər kimi, xocavəndlilərin də normal həyat şəraiti ilə təmin olunması məsələsini Birinci vitse-prezident xanım Mehriban Əliyeva şəxsən nəzarətdə saxlayır və bu məqsədlə zəruri tədbirlər görür. Tədbirdə Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün Koreya Respublikasının Azərbaycandakı səfirliyinin həyata keçirdiyi layihə barədə də məlumat verilib. Bildirilib ki, “Arı mənim işimdir” adlandırlan layihə çərçivəsində Xocavənd sakinlərindən bir qrupuna arıçılıqla məşğul olmaq imkanı yaradılıb və bu ildən həmin arıçılıq təsərrüfatında bal hasilatına başlanılıb. Anım mərasimində xocavəndli arıçıların ilk məhsulu nümayiş etdirilib və tezliklə bu təsərrüfatın rayonun işğaldan qurtarılacaq ərazilərinə köçürüləcəyinə inam ifadə olunub. Dövlət Komitəsinin sədri Rövşən Rzayev arıçılıq təsəsrrüfatının yaradılması layihəsində fəal iştirakına görə Van Kimə təşəkkürünü bildirib və ona xatirə diplomu təqdim edib. Van Kim diplomat ailəsinin üzvü kimi Azərbaycanda gördüyü qonaqpərvərlikdən danışıb, zəhmətkeş və bacarıqlı xocavəndlilərlə birgə işin uğurlu nəticə verməsindən məmnunluğunu bildirib. Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri, rayon ziyalılarının nümayəndələri, “SABAH” qrupundan olan xocavəndli tələbərlər çıxış edib, torpaqlarımızın azad edilməsi üçün Azərbaycanın dövlətinin apardığı məqsədyönlü və ardıcıl siyasətin tezliklə nəticə verəcəyinə, xalqımızın qələbə gününü də qeyd edəcəyinə böyük ümid və inam bəslədiklərini deyiblər. Sonda Xocavənd rayonunun işğalından bəhs edən filmin nümayişi olub.

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib