"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 928
Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib
Tədbirlər 16 Noyabr, 2023

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB), İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Sağlam Ailə” Tibb Mərkəzi və “Facemark” şirkəti birgə ilk dəfə Səhiyyə Menecmenti Zirvəsi təşkil edib. Tədbirdə mərkəzi icra hakimiyyəti orqanlarının, dövlət və özəl tibb müəssisələrinin nümayəndələri iştirak ediblər.

 

Səhiyyə Menecmenti Zirvəsində panel müzakirələrdən biri Böyük Qayıdışa həsr olunub. Paneldə məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində və işğaldan azad olmuş ərazilərdə sağlamlığının qorunması və səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər haqqında aidiyyəti dövlət qurumlarının, bir sıra beynəlxalq təşkilatların iştirakı ilə müzakirə aparılıb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov giriş nitqində qeyd edib ki, qaçqınların və məcburi köçkünlərin sağlamlığının qorunması, səhiyyə xidmətlərinə tələbatının təmin edilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. Cənab Prezident İlham Əliyevin sosial siyasətində bu məsələlər prioritet istiqamət olmaqla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da qaçqınların və məcburi köçkünlərə hərtərəfli və keyfiyyətli səhiyyə xidmətləri ilə əhatə edilməsini xüsusilə nəzarətdə saxlayır.  

 

Məcburi köçkünlərin sağlamlığının qorunması məqsədilə tibbi aksiyaların təşkili Dövlət Komitəsinin son beş ildə mühüm fəaliyyət istiqamətlərindən biri olub. Komitənin müraciəti əsasında Səhiyyə Nazirliyi belə aksiyalarda geniş tərkibli həkim briqadaların iştirakını, xəstəxanalarda və müvəqqəti məskunlaşma yerlərində səyyar tibbi müayinələrin keçirilməsini təmin edib. Aksiyalardan minlərlə məcburi köçkün faydalanıb. Bundan başqa, Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Müdafiə Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə məcburi köçkünlər üçün 5 ilk tibbi yardım təlimləri keçirilib. Təlim proqramına ilk yardım və onun əsas prinsipləri, ilkin test, şəxsi təhlükəsizlik və hadisə yerinin qiymətləndirilməsi, zərərçəkmişin müayinəsi və bərpası, yanıqlar zamanı ilk yardım üzrə praktiki vərdişlərin nümayişi daxil olub. Dövlət Komitəsinin dəstəyi ilə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkəti 2005-ci ildən etibarən hər il Azərbaycanda göz müayinəsi və eynək paylanışı aksiyasını həyata keçirib.

 

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən, yaşayış məntəqələrində əlçatan və keyfiyyətli tibb xidmətləri infrastrukturunun qurulması üçün bir sıra mühüm vəzifələr müəyyən edilib. Tədbirlər Planında geri qayıdan şəxslərin psixo-sosial reabilitasiyası, o cümlədən köçürüləcək şəxslərin əvvəlcədən tibbi yoxlanışdan keçirilməsi üzrə əsas icraçı Səhiyyə Nazirliyi, Dövlət Komitəsi isə digər icraçı qurumlardan biri kimi müəyyən edilib. Bundan başqa, Dövlət Komitəsi və TƏBİB arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı məcburi köçkünlərlə iş sahəsində qarşılıqlı faydalı, uzunmüddətli, effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsini, koordinasiya prosedurlarını müəyyən edir. Hazırda işğaldan azad edilmiş ərazilərə qayıdan şəxslərin TƏBİB tərəfindən ümumi tibbi müayinəsi təşkil edilir, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən, müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyası aparılır.

 

Səhiyyə Menecmenti Zirvəsində Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayıl "Böyük Qayıdışa dair I Dövlət Proqramı" əsasında işğaldan azad edilmiş ərazilərdə indiyə qədər səhiyyə quruculuğu istiqamətində görülən işlər və gələcəkdə həyata keçiriləcək layihələr barədə çıxış edib.

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib