"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
XƏBƏRLƏR
Çap et Arxiv 204
Dövlət Komitəsinin sədri və sədr müavini bölgələrdə vətəndaşları qəbul ediblər
Görüşlər 26 JULE, 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyulun 26-da Lənkəran rayonunda vətəndaşları qəbul edib.

 

Qəbulda Astara və Lerikdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

 

Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir.

 

Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.

 

Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Həmçinin qeyd edək ki, iyulun 26-də Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Masallı, Yardımlı və Cəlilabad rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.

10 December, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 December, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
03 December, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
26 November, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 November, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
19 November, 2019 / Görüşlər The State Committee held the next reception of citizens
12 November, 2019 / Görüşlər The State Committee held the next reception of citizens
05 November, 2019 / Görüşlər The State Committee held the next reception of citizens
31 October, 2019 / Görüşlər Chairman of the State Committee met with the EU special representative for the South Caucasus
29 October, 2019 / Görüşlər The State Committee held the next reception of citizens
23 October, 2019 / Görüşlər State Committee Chairman meets with newly appointed Ambassador of Swiss Confederation to Azerbaijan
23 October, 2019 / Görüşlər Chairman of State Committee meets with UNICEF Representative in Azerbaijan
22 October, 2019 / Görüşlər The State Committee held the next reception of citizens
19 October, 2019 / Görüşlər The Chairman of the State Committee received citizens in Aghjabadi
18 October, 2019 / Görüşlər President Ilham Aliyev received chairman of State Committee for Refugee and IDP Affairs
15 October, 2019 / Görüşlər The State Committee held the next reception of citizens
09 October, 2019 / Görüşlər Ilham Aliyev inaugurated Gobu Park-2 residential complex for IDPs in Garadagh district
09 October, 2019 / Görüşlər The State Committee held the next reception of citizens
02 October, 2019 / Görüşlər State Committee Chairman meets with newly appointed US Ambassador to Azerbaijan
02 October, 2019 / Görüşlər Chairman of State Committee met with Israeli delegation